Bakıda "metallom"  qarət olundu
11 sentyabr 2025 13:27 (UTC +04:00)

Bakıda "metallom" qarət olundu

0

Bakının Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən metal qəbulu məntəqəsindən 2700 manat və naqil oğurlanıb.

Lent.az xəbərv verir ki, polisə daxil olmuş məlumat əsasında keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini 32 yaşlı X.Xubalıyev saxlanılıb.

Xəzər rayonundakı marketlərin birindən 300 manat dəyərində tütün məmulatları, eyni zaman bir nəfərə məxsus avtomobildən 600 manat pul və dəyəri 200 manat olan monitor talamaqda şübhəli bilinən Bakı şəhər sakini 23 yaşlı Ə.Ramaldanov da polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 397

Oxşar yazılar