
FHN İsrailə iki helikopter göndərib
APA-nın məlumatına görə, FHN-n «Ka-32A» və «Mi-17-1B» tipli helikopterləri Bakı Beynəlxalq Hava limanından İsrailə yola salınıb. FHN Aviasiya dəstəsinin rəisi polkovnik Əşrəf Qasımov jurnalistlərə bildirib ki, İsrail hökumətinin müraciətinə əsasən Azərbaycan hökuməti yanğınların söndürülməsində iştirak edəcək. Bu məqsədlə FHN İsrailə 2 helikopter və 16 nəfərlik heyət göndərir. Helikopterlər Azərbaycan-Gürcüstan-Türkiyə-Kipr marşrutu üzrə İsrailə uçurlar. Onun sözlərinə görə, Azərbaycan yanğınsöndürənləri ilkin olaraq yanğınların daha geniş yayıldığı Hayfa şəhəri ətrafındakı əməliyyatlarda iştirak edəcəklər. Azərbaycan heyətinin ilkin olaraq əməliyyatlarda 10 gün iştirakı nəzərdə tutulur. Lakin ehtiyac olarsa bu müddət artırıla bilər.
Oxşar yazılar
Bakıda QƏZA: Xəsarət alan var
19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi
18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını vurub öldürdü
18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü
18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı
18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR
18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu
18 iyul 2025 , 19:23