FHN Bakıda istismar olunan 2973 obyektə texniki baxış keçirib
12 noyabr 2010 17:30 (UTC +04:00)

FHN Bakıda istismar olunan 2973 obyektə texniki baxış keçirib

Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən istismar olunan tikinti obyektlərinin təhlükəsizliyinin yoxlanılması üçün yaradılmış komissiya tərəfindən Bakı şəhərində yerləşən 2973 obyektə texniki baxış keçirilib və müəyyən nöqsanlar aşkar edilib.

Bu barədə APA-ya FHN-dən məlumat verilib.

Aparılmış yoxlamalar zamanı son vaxtlar tikilən və hal-hazırda ictimai iaşə obyektləri kimi fəaliyyət göstərən şadlıq evləri, kafe, restoranların bəzilərinin layihə sənədlərinin dövlət ekspertizasından keçirilmədiyi, o cümlədən istismara qəbul olunmadığı aşkarlanıb. Bu cür təyinatlı binaların tikilməsində istifadə olunan inşaat materiallarına aidiyyəti qurumlardan müvafiq sertifikatlar alınmadığı üçün müəyyən nöqsanlar yaratdığı müəyyən edilib.

Baxış zamanı norma və qaydaların tələblərinə uyğun olmayan və uzun müddət təmirsiz istismar olunan obyektlərdə nöqsanlar üzə çıxarılıb, bu barədə obyekt sahiblərinə və rəhbərlərinə təcili tədbirlər görülməsi üçün tapşırıqlar verilib. Bundan əlavə, obyektlərdə qaz təsərrüfatı və yanğın təhlükəsizliyi ilə bağlı məsələlərə də xüsusi diqqət yetirilib.

Nazirliyin əməkdaşları tərəfindən aparılan araşdırmalar nəticəsində şəhərin ayrı-ayrı rayonlarında layihə və razılıq sənədləri olmadan yaşayış binalarına yaxın və ya bitişik müxtəlif təyinatlı binaların tikilməsi, konsol tipli eyvanların genişləndirilməsi və yenilərinin quraşdırılması, zirzəmilərində yük götürən konstruksiyaların zəifləndirilməsi, bünövrələrin, mərtəbəarası örtüklərin, yükdaşıyan divarların, arakəsmələrin sökülməsi, əlavə qapı və pəncərə boşluqlarının açılması, seysmik kəmərlərin sökülməsi və ya zədələnməsi kimi hallar müşahidə edilib.

Məlumatda bildirilib ki, son zamanlar paytaxtda əsasən 1-4 mərtəbəli ictimai-iaşə obyektlərinin tikintisi genişlənib. Bu cür obyektlər əsasən yaşayış evlərinə yaxın və ya bitişik, istilik məntəqələrinin yaxınlığında, su, qaz, elektrik xətlərinin mühafizə zonalarında, magistral avtomobil yollarının 1-2 metrliyində inşa edilir. Belə obyektlər həm şəhərsalma və həmdə tikinti norma və qaydalarının tələblərinə ziddir və gələcəkdə xoşagəlməz hadisələrin yaranmasına səbəb ola bilər. FHN qurumlarına və icra hakimiyyəti orqanlarına göndərilmiş materiallarla əlaqədar qanun pozuntularına yol verilmiş obyektlərdə aparılan təmir-tikinti işləri dayandırılıb. Bir çoxlarında isə gücləndirmə işləri aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 610

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21