“Aqil Ələsgərli təhlükəsizlik kəmərindən istifadə etdiyi üçün qəzadan sağ çıxıb”
Bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsinin müstəntiqi Vaqif Nəcəfov məlumat verib. Onun sözlərinə görə, Klinik Tibbi Mərkəzdə müalicə olunan A. Ələsgərli ifadəsində hadisə baş verən gün özünü yaxşı hiss etmədiyini qeyd edib. Belə ki, o, sükan arxasında olarkən bir neçə dəfə ürəyi sıxıldığını və hadisənin də gözlənilmədən baş verdiyini deyib. Müstəntiq sürücünün məhz təhlükəsizlik kəmərindən istifadə etdiyi üçün qəzadan salamat çıxdığını bildirib: “Sürücünü dindirən zaman məlum oldu ki, Aqil Ələsgərli təhlükəsizlik kəmərini taxıb, lakin, Şahin Ağabəyli bu imkandan istifadə etməyib. Sürücü məhz təhlükəsizlik kəməri sayəsində sağ qala bilib. Sürücünün ifadəsindən həmçinin o da məlum oldu ki, həmin gün sükan arxasında olan Aqil Ələsgərlinin səhhətində problemlər yaşanıb. Sürücü hadisə baş verən anadək sükan arxasında bir neçə dəfə ürəyi sıxıldığını və təhlükəsizlik kəmərini açıb yenidən bağladığını dedi”.
Müstəntiq baş vermiş qəza hadisəsi ilə bağlı araşdırmaların davam etdirildiyini bildirib.
Qeyd edək ki, məlum hadisə dünən səhər saatlarında Bakı-Qazax yolunun 51-ci kilometrliyində qeydə alınıb. Jurnalist Şahin Ağabəyli və Aqil Ələsgərlinin olduğu “Nissan-Tiida” markalı, 90 FJ 524 dövlət nömrə nişanlı avtomobil hərəkət istiqamətini itirib və yoldan çıxaraq aşıb. Nəticədə Şahin Ağabəyli dünyasını dəyişib, Aqil Ələsgərli isə ağır yaralanıb. Qəzanın baş verməsinə yüksək sürət səbəb olub. Belə ki, hadisə yeri müayinə olunarkən yolda 20 metr məsafədə təkərin eşilməsi aşkarlanıb. Bundan başqa avtomobil yoldan çıxaraq 50 metr kənara düşüb və təxminən 4-5 metr məsafədə bir neçə dəfə çevrilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.

666