Polisin saxladığı keçmiş məhkum özünü bıçaqlayıb
Oktyabrın 27-də Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları Cinayət Məcəlləsinin 228-ci (Qanunsuz olaraq odlu silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə axtarışda olan Şahmar Əhmədovu saxlayıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yaxalanan zaman Ş.Əhmədov polis əməkdaşlarına müqavimət göstərib. O, tutulacağını görərək bıçaqla özünə xəsarətlər yetirib.
Ş.Əhmədovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun başqa əməlləri də aşkar olunub. Belə ki, Ş.Əhmədov oktyabrın 10-da Bakının Nərimanov rayonu ərazisində Murad Nəcəfovu bıçaqla hədələyərək, 80 manat pul və danışıq kartları alıb. Habelə Nəriman Məmmədova məxsus mağazadan 300 manat pul və 700 manat dəyərində danışıq kartları oğurlayıb.
Qeyd edək ki, Ş.Məmmədov əvvəllər məhkum olunub.

618