Hacıqabulda dəmir yolu işçisi öz həmkarını öldürdü
Rayon Prokurorunun köməkçisi Rasim Əhmədovun Lent.az-a verdiyi məlumata görə, Hacıqabul rayon Dəmir Yolu deposunun işçisi İlqar Quliyev (1969-cu il təvəllüdlü) şəxsi münaqişə zəminində iş yoldaşı Nizami Abbasovu (1960-cu il təvəllüdlü) döyərək öldürüb.
Verilən məlumata görə, İ.Quliyev iş yoldaşı ilə borc üstündə mübahisə edib və onu vurmağa başlayıb. Bu zaman 50 yaşlı N.Abbasov yıxılıb və başı ağaca dəyib. Dəmir yolu işçisinin beyninə qan sızıb və yerindəcə keçinib. Qətli törədən İ.Quliyev həbs olunub.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Nizam Rza

505