Toyda qan töküldü: 1 ölü
Balakəndə qətl hadisəsi baş verib. Rayon prokurorunun köməkçisi Ceyhun Hümbətovun Lent.az-a verdiyi məlumata görə, hadisə oktyabrın 26-da rayondakı “Nərmin” şadlıq sarayında baş verib. Belə ki, Eyvaz Osmanov (1991) Laçın Şabanovu (1991) bıçaqlayıb. L. Şabanov aldığı xəsarətlərindən yerindəcə ölüb.
E. Osmanov saxlanılıb.
Məlumatda o da bildirilir ki, bıçaqlanma münaqişə zəminində baş verib və hər iki gənc içkili vəziyyətdə olub.
Faktla bağlı Balakən rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Nizam Rza

624