Maykl Cekson ən varlı mərhumların siyahısına başçılıq edir
Lent.az-ın “Forbes” jurnalına istinadən verdiyi məlumata görə, Maykl Ceksonun “This İs İt” film-konserti, “Cirque du Soleil” şousu, müəllif hüquqları və müğənninin adından istifadə etmək onun varislərinə 275 milyon dollar gəlir gətirib.
“Forbes” jurnalı 2009-cu ildə Maykl Ceksonun ölümündən bir neçə ay sonra anoloji siyahı dərc edib və həmin siyahıda müğənni 90 milyon dollar gəlirlə 3-cü yerdə olub.
Ən məşhur varlı ölülər siyahısında ikinci yerdə rok-n-roll kralı Elvis Presli qərarlaşıb. O, 2010-cu ildə varislərinə 60 milyon dollar qazanc verib. Siyahının üçüncü pilləsində “Hökmdarın üzüyü” və “Xobbit”in müəllifi R.R.Tolkien 50 milyon dollar gəlirlə qərarlaşıb. Dördüncü yerdə isə “Peanuts” komediyasının müəllifi Çarlz Şultsdur. O, varislərinə bu il 33 milyon dollar qazandırıb. Ən məşhur varlı ölülər siyahısının ilk beşliyini 17 milyon dollar gəlirlə Con Lennon qapayır.
Bu siyahıya 2010-cu ildə yeni daxil olanlar arasında İsveç yazıçısı Stiq Larsson və beysbol komandasının sabiq sahibi Yankees Corc Steynbrenner var. Onlar müvafiq olaraq 6-cı və 9-cu pillələrdə qərarlaşıblar.
Keçən ilki siyahıya başçılıq edən modelyer İv Sen-Loran isə bu dəfə ən varlı ölülər siyahısına düşməyib. Xatırladaq ki, 2009-cu ildə İv Sen-Loranın varisləri modelyerə məxsus kolleksiyanın satışından 300 milyon dollar əldə etmişdilər.

612