“8-ci kilometr bazarı”ndakı yanğının səbəbi bəlli oldu - FOTO
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, yanğın bazarın 1000 kvadratmetrə yaxın hissəsini əhatə edib. Yanğın aradabir partlayışla müşahidə olunur.
Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisəyə bazarın tikinti materialları satılan hissəsindəki dükanlardan birində elektrik naqilində baş vermiş qısaqapanma səbəb olub.
Hadisə ilə bağlı polisə və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumuna bazarın təhlükəsizlik xidmətindən məlumat daxil olub.
Polisin ilkin araşdırmasına görə, hadisə nəticəsində 1000 kvadrat metrdən çox ərazi yanıb.
Yanğın zamanı ölən və xəsarət alan olmayıb.
Hazırda Fövqəladə Hallar Nazirliyinin qüvvələri əraziyə cəlb olunub, onlar yanğının qarşısını almağa çalışırlar.

Oxşar yazılar

Aeroport yolunda QƏZA oldu
13 iyul 2025 , 12:42
Sumqayıtda güllələnmə hadisəsi: bir nəfər öldü
13 iyul 2025 , 11:50
Qazaxda əkin sahəsində FACİƏ: traktorda kişi meyiti tapıldı
13 iyul 2025 , 11:34
Ölkədən qaçmaq üçün qayınanası ilə evləndi
13 iyul 2025 , 11:28
Zaqatalada FACİƏ: uşaq Tala çayında BOĞULDU - YENİLƏNİB
13 iyul 2025 , 08:08Bu gün 34 mindən çox abituriyent imtahan verəcək
13 iyul 2025 , 06:05
Sumqayıtda dəniz sahilində TƏHLÜKƏLİ ANLAR: arvadına maşın verdi, polis hər ikisini saxladı-VİDEO
13 iyul 2025 , 00:28