Deputatlığa namizəd ərini öldürməkdə ittiham olunur
“Yeni Müsavat” qəzeti bugünkü sayında maraqlı bir cinayət hadisənin bəzi detalları ilə bağlı yazı dərc edib. Yazı bu il iyunun 15-də Lənkəran şəhərinin mərkəzində yerləşən 3 mərtəbəli villasında meyiti aşkarlanmış biznesmen Fərid Rzayevlə bağlıdır.
Lənkəran prokurorluğunda biznesmenin ölümü ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlandı. Həmin cinayət işi bu gün də davam etdirilir.
“20 narkobaronun adı”
Fərid Rzayevin qardaşı Şakir Rzayev deyir ki, əslində bu müddət ərzində istintaq yerində sayıb. Müstəntiq Vəli Mustafayev cinayətin açılması istiqamətində lazımi addımları atmayıb: “Qardaşım Fərid Rzayev rayonda tanınan biznesmenlərdən idi.
O, ölümündən 3 gün əvvəl Milli Təhlükəsizlik Nazirliyinə, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinə məktub yazmışdı. Həmin məktubda Lənkəranda narkotiklərin yayılması ilə məşğul olan 20 narkobaronun adını, ünvanlarını göstərmişdi. Biz bu məsələdən onun öldürülməsindən sonra xəbər tutmuşuq”.
Ş.Rzayevin sözlərinə görə, qardaşının belə bir müraciət etməsinin özəl səbəbləri olub: “Həmin 20 nəfərdən biri də onun qonşusu olan Rəqsanə adlı qadın idi. Rəqsanə Fəridin həyat yoldaşı Sevinci narkotikə aludə edib. Fərid bunu biləndən sonra həyat yoldaşını aparıb müayinə etdirmişdi. Onun qan analizində narkotikin izləri aşkarlanmışdı. Bundan sonra o, belə bir məktub yazıb. Məktubu qızı Arzu ilə birgə poçtdan yola salmışdı. 3 gün sonra onun meyitini Lənkəran Şəhər İcra Hakimiyyətinin binasının yaxınlığında tikdirdiyi, lakin hələ köçmədiyi evinin 1-ci mərtəbəsində o biri qızı Aytən tapdı. Qız deyir ki, guya həmin gün səhər saat 7-də məktəbə gedəndə təzə evin 3-cü mərtəbəsində pəncərələrin açıq olduğunu görüb. Şübhələnərək həyətə girib və evin 1-ci mərtəbəsində atasının meyitini aşkarlayıb. Bundan sonra isə böyük qardaşım Elşada zəng eləyib, hadisə barəsində məlumat verib. Biz ora gələndən sonra 102-yə xəbər verdik. Fəridin boynunda ip vardı. Polis və prokurorluq orqanlarının əməkdaşları gəlib evə, meyitə baxış keçirdilər. İşin araşdırılması müstəntiq Vəli Mustafayevə həvalə olundu. İlkin olaraq 125-ci maddə ilə cinayət işi başladılar. Meyitin ətraflı müayinəsi üçün məhkəmə tibb ekspertizasına apardılar”.
“İntihar etməyib, öldürüblər”
Ş.Rzayev deyir ki, bu maddə ilə cinayət işinin başlanmasına səbəb qardaşı Fəridin həyat yoldaşı Sevinc Rzayevanın ifadəsi olub: “Sevinc hamıya, prokurorluğun müstəntiqlərinə deyirdi ki, Fəridin guya çoxlu borcu olub, ona görə də özünü asıb. Guya hadisə baş verən gün Fərid gecə saat 2-də evə gəlib. Çay içəndən sonra gedib yatıb. Səhər saat 5-də isə Sevinc oyanıb, görüb ki, Fərid yoxdur. Evi axtarıb, Fəridi tapmayıb. Sonradan qızı onu evlərinin yaxınlığında olan villalarında aşkarlayıb. Amma məhkəmə tibb ekspertizasının ilkin rəyindən bəlli oldu ki, Fərid intihar etməyib. Onu öldürüblər. Başına, üzünə küt alətlə zərbələr endirilib. Nəticədə burnu sınıb. Bədəni üzərində də çoxlu qançırlar müəyyən olunub. İpi də boynuna ölümündən sonra keçiriblər. Belə təəssürat yaratmaq istəyiblər ki, Fərid özünü asıb. Ekspertizanın rəyindən sonra müstəntiq Vəli Mustafayevin özünü öldürmə maddəsini qəsdən adam öldürmə maddəsinə tövsif edəcəyini düşünürdük. Lakin bu gün də davamlı şikayətlərimizə baxmayaraq cinayət işi elə həmin maddə ilə davam etdirilir”.
“Kamera qeydlərində evdən həyat yoldaşı ilə çıxdığı görülür”
Ş.Rzayev deyir ki, qardaşını narkobaronlar barəsində hüquq mühafizə orqanlarına məlumat verdiyi üçün öldürüblər: “Uzun-uzadı şikayətlərimizdən sonra müstəntiq Vəli Mustafayevi Taleh Osmanovla əvəzlədilər. Bundan sonra müstəntiq Taleh Osmanov Fəridin yaşadığı Həzi Aslanov küçəsi, dalan 6, ev 1-in qarşısındakı ”AccessBank"a sorğu ilə müraciət edib izləmə kameralarından hadisə baş verən günün çıxarışını götürdü. Videoda açıq-aşkar görünür ki, gecə saat 1-də Fərid həyat yoldaşı Sevinclə evdən çıxıb mağazaya yaxınlaşırlar. Oradan 2 dondurma alıb Fəridin tikdirdiyi villaya tərəf gedirlər. Səhər saat 5-də isə Sevinc VAZ-2107 markalı, albalı rəngli maşınla geri qayıdır. Maşın yaşadıqları evin qapısının qarşısında dayanır və Sevinc həyətə gedir. Maşın da uzaqlaşır. Bu videomaterial iş materiallarına əlavə olunsa da, bu günə kimi Sevinci çağırıb soruşmurlar ki, Fəridlə həmin gecə hara, niyə getmisən? Həmin VAZ-2107 markalı maşının sahibi kimdir, gecə saat 5-də onunla haradan gəlirsən? Bundan başqa hadisə ilə bağlı qonşuları da çağırıb dindirmirlər. Qonşular deyir ki, hadisə olan gün Fəridin villasında səs-küy eşidiblər. Orada 2 qadın, 3-4 kişi olub. Qorxublar deyə yaxına getməyiblər. Bütün rayon deyir ki, Fəridi öldürən arvadıdır".
Qara bloknot, boşanma kağızı, qan analizləri
Ş.Rzayev qardaşının öldürülməsindən sonra onun maşınından vacib sənədlərin oğurlanmasından da danışdı. Dedi ki, hadisə olan gün səhər saat 5-də, Sevinc Rzayeva naməlum maşınla evə gələn dəqiqələrdə qonşuluqda yaşayan böyük qardaşı Elşad Rzayev Fəridin maşınının siqnalizasiyasının səsini eşidib. Lakin düşünüb ki, F.Rzayev Bakıya gedir. Ona görə həyətə gəlməyib: “Fərid yaxın adamlara ölümündən bir neçə gün əvvəl deyib ki, ”baxarsız, yaxın günlərdə Lənkəranda nə hadisələr baş verəcək". İşçilərindən olan bir qadına isə “əgər başıma bir iş gəlsə, qara bloknotumda kimlərin mənə pislik edə biləcəyini yazmışam” söyləyib. Fərid öldürülən gün onun maşınından həmin qara bloknotu, boşanmaları üçün Fəridin hazırladığı sənədləri, Sevincin qan analizlərinin cavabını, MTN-ə və Baş Narkotiklərlə Mübarizə İdarəsinə yazdığı məktubların surətlərini də götürüblər. Fəridin qızı Arzu maşından götürülən sənədləri əvvəlcə qardaşım Elşadın evinə apararaq qızına verib, daha doğrusu stolun üstünə qoyub. Az sonra isə tələsik həmin sənədləri gəlib götürüb aparıb".
“Dalğa”nın rəhbərinin adı müəmmalı olayda
Ş.Rzayevin sözlərinə görə, qardaşının arvadı Sevinc Rzayeva ərinin ölümündən sonra 3 uşağı da götürərək Lənkərandan gedib. Günlərin birində isə “Dalğa” Gənclər Hərəkatının rəhbəri Ramin Hacılı ilə birgə F.Rzayevin həyətinə gələrək sonuncunun istifadəsində olmuş maşını götürərək özləri ilə aparıblar: “Raminlə Fəridin qızı Arzu internet vasitəsi ilə tanış olublar. Sonradan Arzu Ramini anası Sevinclə də tanış edib. Sentyabrın 2-dən 3-nə keçən gecə Sevinclə Ramin maşını həyətdən naməlum istiqamətə aparıblar. Amma maşının sənədləri bizdədir. Maşın bacım oğlu İlham Abbasova məxsus idi. Həmin "BMV-523" markalı, AZ10 NH 788 nömrə nişanlı qara rəngli maşını Fəridə sürməyə vermişdi. İndi həmin maşının harada olmasından xəbərsizik. Bu məsələ ilə bağlı hüquq mühafizə orqanlarına da müraciət etmişik".
Ş.Rzayev qardaşının öldürülməsinə səbəb olmuş məktubda adlarını yazdığı narkobaronlardan bir neçəsinin həbs olunduğunu da bildirdi: “Fəridin ölümündən 2 ay sonra Milli Təhlükəsizlik Nazirliyi Lənkəranda əməliyyat tədbiri keçirib Bəxtiyar, Həqiqət, Ağanı adlı narkobaronları tutdu. Fəridin qonşusu olan Rəqsanənin oğlu Ceyhun və Zaur adlı şəxs də yaxalandı. Bir çox narkobaron rayondan qaçdı”.
Deputatlığa namizəd, özü də Gəncədən
Şakir Rzayevin bundan sonra dedikləri isə əsl sensasiya sayıla bilər. Belə ki, sən demə, ərinin qətlində şübhəli bilinən Sevinc Rzayeva Gəncə şəhərinin 38 saylı Nizami ikinci seçki dairəsindən namizədliyini irəli sürüb. Ş.Rzayev dedi ki, bundan İTV-də namizədlər üçün ayrılmış debat zamanı Sevinc Rzayevanın deputatlığa namizəd qismində çıxışı zamanı xəbər tutub: “Sevinc ömrü boyu işləməyib, Lənkəranda onu tanıyan yoxdur. Onun Gəncədən namizədliyini irəli sürməsi bizə çox qaranlıqdır. Sevincin Gəncədə bir qohumu belə yoxdur. Orada hər hansı bir ictimai fəaliyyətlə də məşğul olmayıb”. Şakir Rzayev dedi ki, bununla bağlı 38 saylı Nizami ikinci seçki dairəsinin sədrinə teleqram vurub. İki saat sonra DSK-dan ona telefon açaraq deyiblər ki, bu qadının barəsində cinayət işinin qaldırılmasından xəbərsiz olublar. Analoji müraciət MSK sədri Məzahir Pənahova da olub. Amma həmsöhbətimiz bildirdi ki, hələlik MSK-dan hər hansı reaksiya yoxdu.
Ş.Rzayev qəzetimiz vasitəsilə baş prokuror Zakir Qaralova müraciət edərək qardaşının ölümü ilə bağlı obyektiv və hərtərəfli istintaq aparılmasını, işin qəsdən adam öldürmə maddəsi ilə davam etdirilməsini xahiş etdi.
"Yeni Müsavat"

1750