Mövqelərimiz atəşə tutulub
23 oktyabr 2010 10:18 (UTC +04:00)

Mövqelərimiz atəşə tutulub

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, düşmən qüvvələri oktyabrın 22-də saat 17.00-dan 17.05-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızıl Hacılı kəndində yerləşən mövqelərimizi, saat 11.20-dən 11.40-dək və 21.10-dan 21.15-dək Goranboy rayonunun Tapqaraqoyunlu və Gülüstan kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 14.10-dan 14.55-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 20.45-dən 21.10-dək Tərtər rayonunun Seysulan kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.



Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 506

Oxşar yazılar