Nehrəmdə deputatlığa namizədin qohumları saxlanılıb
Mətbuat xidmətindən APA-ya daxil olan açıqlamada bildirilir ki, Milli Məclisinə deputatlığa namizəd Yaşar Bağırsoyun yaxın qohumu kimi göstərilən Əliyev Rövşən Tofiq oğlu və onun dostları Abutalıbov Əbülfət Zahid oğlu, Məmmədov Ramiz Zakir oğlu, Hüseynəliyev Xəzər Abasət oğlu, Əliyev Elşən Rövşən oğlu axşam vaxtı Rövşənin atasına məxsus boş evdə içki məclisi düzəldərək qumar oynayıb, içkili vəziyyətdə məhəllədə nalayiq hərəkətlərə yol veriblər. Yaranmış səs-küy və mentalitetə uyğun olmayan hərəkətlər qonşu evlərdə yaşayan sakinlərin narazılığına səbəb olub və bu barədə hüquq mühafizə orqanlarına məlumat verilib. Axşam vaxtı ictimai asayişi pozan şəxslər saxlanılaraq müvafiq qaydada xəbərdarlıq olunduqdan sonra sərbəst buraxılıblar.
“Hadisə Yaşar Bağırsoyun namizədliyinin qeydə alınmasından bir həftə sonra baş verdiyindən onunla əlaqəsi ola və siyasi xarakter daşıya bilməz. Bu cür cılız vasitələrdən istifadə etməklə Nehrəm camaatının, eləcə də seçicilərin rəğbətini qazanmaq mümkün deyil. Eləcə də məlumatın qarşı tərəfin mövqeyi öyrənilmədən, dəqiqliyi yoxlanılmadan dərc edilməsi isə insanlar arasında kütləvi informasiya vasitələrinə inamsızlıq yaratmaqdan başqa bir işə yaramır”, - deyə açıqlamada vurğulanır.

590