51 ədəd “BlackBerry Bold 9700” mobil telefonu müsadirə olunub
11 oktyabr 2010 18:57 (UTC +04:00)

51 ədəd “BlackBerry Bold 9700” mobil telefonu müsadirə olunub

Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Nizami Abbasovun əl yükü və baqajları Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən baxışdan keçirilib.

Lent.az-ın Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, əl yükü və baqajlarda gömrük nəzarətindən gizlədilmiş və bəyan edilməmiş mobil telefonlar aşkar olunub.
Baxışdan əvvəl Nizami Abbasov gömrük əməkdaşlarına ona məxsus 1 ədəd sellofan paket və 2 ədəd iri həcmli karton qutudan ibarət əl yükü və baqajlarda mütləq bəyan edilməli malın olmadığını bildirib. Lakin həmin əl yükü və baqajlar “Rapiscan 628” markalı “X-Ray” aparatı vasitəsilə nəzarətdən keçirilən zaman monitorda mobil telefonların təsviri görünüb. Sonradan qanunvericiliyə uyğun olaraq əl yükü və baqajlara baxış zamanı Nizami Abbasovun bəyan etmədiyi 51 ədəd “BlackBerry Bold 9700” markalı mobil telefon aşkar olunaraq protokol əsasında götürülüb
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1363

Oxşar yazılar