Özünə atəş açan Lənkəran sakini xəstəxanada ölüb
APA-nın cənub bürosunun xəbərinə görə, döş qəfəsindən xəsarət alan 1990-cı il təvəllüdlü Ağamir Ağasəf oğlu Fəttayevin üzərində cərrahiyyə əməliyyatı aparılsa da, onu xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, bu gün saat 14.00 radələrində Boladi kənd sakini Ağamir Ağasəf oğlu Fəttayev odlu silahdan özünə atəş açıb. O, döş qəfəsindən odlu silah yarası diaqnozu ilə ağır vəziyyətdə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilmişdi.
Faktla bağlı rayonun hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

728