Lənkəran sakini odlu silahla özünü vurub
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Boladi kənd ərazi vahidliyi üzrə nümayəndəsi İlqar Mehdiyevin APA-nın cənub bürosuna verdiyi məlumata görə, bu gün saat 14.00 radələrində kənd sakini, 1990-cı il təvəllüdlü Ağamir Ağasəf oğlu Fəttayev odlu silahdan özünə atəş açıb. Döş qəfəsindən odlu silah yarası diaqnozu ilə ağır vəziyyətdə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən A. Fəttayevin üzərində hazırda cərrahiyyə əməliyyatı aparılır.
Faktla bağlı rayonun hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.
Faktla bağlı rayonun hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.
805