Lökbatanda vulkan püskürüb
Oktyabrın 9-da Qaradağ rayonu ərazisində, Lökbatan qəsəbəsindən 250-300 metr aralıda yerləşən palçıq vulkan püskürüb. Püskürmə günorta saatlarında baş verib.
Yerli sakinlərin Lent.az-a verdiyi məlumata görə, gurultulu səslə başlayan vulkan püskürməsi zamanı alov müşahidə olunmayıb. Püskürmə 1 saata yaxın davam edib, formalaşan sarımtıl qara rəngli palçıq axını vulkanın qərb yamacı istiqamətində yayılıb.
AMEA-nın Geologiya İnstitutunun palçıq vulkanizmi və böyük dərinliklərin neftqazılılığı laboratoriyasının rəhbəri, professor Adil Əliyev Lent.az-a açıqlamasında püskürmə ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutuna da məlumat daxil olduğunu və hazırda ərazidə Geologiya İnstitutunun əməkdaşlarının olduğunu bildirib. Onun sözlərinə görə, ətraflı məlumat günortadan sonra yayılacaq.
Xatırladaq ki, Lökbatandakı palçıq vulkanında ilk püskürmə 1829-cu ildə qeydə alınıb. İndiyədək həmin vulkan 22 dəfə püskürüb. Sonuncu püskürmə hadisəsi bu ilin fevralında baş vermişdi. O zaman vulkan brekçiyasında 20-30 dərəcə temperatur müşahidə olunmuşdu.
Elxan SALAHOV

Oxşar yazılar

Xırdalanda 45 yaşlı kişi özünü öldürdü
25 aprel 2025 , 09:51
Bakıda naməlum qadın meyiti tapıldı
25 aprel 2025 , 09:23
Ermənistanın Azərbaycan helkopterini vurması məhkəmədə tədqiq olundu
24 aprel 2025 , 21:35Sumqayıtda evdə meyit tapıldı
24 aprel 2025 , 19:43
Siyəzəndə kişi küçədə infarktdan öldü
24 aprel 2025 , 19:33
Zərərçəkən Şuşanın işğalı günündən danışdı: Bombalar yağış kimi yağırdı
24 aprel 2025 , 19:10
Gəncədə qazi intihara cəhd etdi
24 aprel 2025 , 18:53