MŞ sədri ATƏT-in missiyasının media üzrə təhlilçisi ilə görüşüb
Lent.az-ın məlumatına görə, Əflatun Amaşov rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən danışaraq bildirib ki, media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsini həyata keçirən Şura fəaliyyət göstərdiyi müddətdə jurnalistlərin seçkini işıqlandırmaları ilə bağlı məsələləri daim diqqət mərkəzində saxlayıb.
“Mətbuat Şurası seçki günü “qaynar xətt” yaradır. Bu rejim kütləvi informasiya vasitələri təmsilçilərinə seçkini işıqlandırarkən üzləşdikləri çətinliklər barədə operativ məlumat vermək imkanı yaradır. Builki parlament seçkisində də eyni fəaliyyət göstəriləcək” - deyən Ə.Amaşov “qaynar xətt”ə daxil olan faktlar barədə müvafiq dövlət qurumlarına müraciət ünvanlandığını vurğulayıb.
MŞ sədri həmçinin bildirib ki, seçki günü Şuranın İdarə Heyətinin üzvlərindən ibarət monitorinq qrupu formalaşdırılacaq. Həmin qrup paytaxtdakı və bölgələrdəki dairə və məntəqələrdə seçkinin gedişini izləyəcək. Bundan başqa MŞ qarşıdakı müddətdə ölkənin aparıcı KİV-də seçki ilə bağlı gedən materialların monitorinqini aparmağı da nəzərdə tutur.
Rasto Kucel isə təmsil olunduğu qurumun Azərbaycandakı fəaliyyətindən bəhs edib. O, ATƏT-in seçkinin işıqlandırılması məsələlərinə xüsusilə önəm verdiyini vurğulayaraq, mövcud istiqamətdə KİV-in üzərinə düşən vəzifələr barədə ətraflı söhbət açıb.
Görüşdə həmçinin diffamasiya haqqında qanunun qəbuluna yönələn təşəbbüslər, söz və mətbuat azadlığı sahəsində nəzərə çarpan tendensiyalar barədə qarşılıqlı fikir mübadilələri aparılıb.

Oxşar yazılar

Xırdalanda 45 yaşlı kişi özünü öldürdü
25 aprel 2025 , 09:51
Bakıda naməlum qadın meyiti tapıldı
25 aprel 2025 , 09:23
Ermənistanın Azərbaycan helkopterini vurması məhkəmədə tədqiq olundu
24 aprel 2025 , 21:35Sumqayıtda evdə meyit tapıldı
24 aprel 2025 , 19:43
Siyəzəndə kişi küçədə infarktdan öldü
24 aprel 2025 , 19:33
Zərərçəkən Şuşanın işğalı günündən danışdı: Bombalar yağış kimi yağırdı
24 aprel 2025 , 19:10
Gəncədə qazi intihara cəhd etdi
24 aprel 2025 , 18:53