Əfşar Süleymanini əməliyyat edən professor Lent.az-a danışdı - EKSKLÜZİV
08 oktyabr 2010 18:14 (UTC +04:00)

Əfşar Süleymanini əməliyyat edən professor Lent.az-a danışdı - EKSKLÜZİV

“Əfşar Süleymani və həyat yoldaşı Şəmsiyyə Bəylərqızı xəstəxanamızda olub, mən Əfşar Süleymaninin üzərində cərrahi əməliyyat aparmışam”.

Bunu İstanbuldakı Alman Klinik Xəstəxanasının cərrahı, professor Emre Bakırçıoğlu Lent.az-a açıqlamasında söyləyib.

Ancaq Emre Bakırçıoğlu cərrahi əməliyyatın mahiyyəti ilə bağlı geniş və detallı məlumat verməkdən imtina edib, qanunların buna icazə vermədiyini söyləyib.

Qeyd edək ki, Şəmsiyyə Bəylərqızı Lent.az-a müsahibəsində bildirib ki, 2007-ci il iyulun 28-də İstanbulun Alman Klinik Xəstəxanasında professor Əmrə Bakırçıoğlu Əfşar Süleymaninin üzərində cərrahiyə əməliyyatı keçirib, ondan sperma götürülərək dondurulub: “İstanbuldakı Alman Klinik Xəstəxanasında onun embrionunu mənə köçürdülər, uşaq oldu. Onun dəsti-xətti, imzası var. Həmin sənəd indi əlimdədir. Əfşar orada yazıb ki, “Mən Əfşar Qədir oğlu Süleymani embrionumun Şəmsiyyə Bəylərqızına köçürülməsinə razılıq verirəm”. Onun spermasının qalan dondurulmuş hissəsi də Azərbaycana gətirilib, buradakı xəstəxanalardan birində saxlanılır”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 743

Oxşar yazılar