82 yaşlı molla 3 yeniyetmə qızı zorlayıb
Lent.az-ın “Vatan” qəzetinə istinadən verdiyi xəbərə görə, adı açıqlanmayan mollanın 82, dükançının isə 55 yaşı var. Hadisə qızlardan ikisinin baş verənləri valideynlərinə danışması ilə aşkara çıxıb. Belə ki, Adananın Dağlıoğlu məhəlləsindəki məscidin 82 yaşlı mollası yaxınlıqda yaşayan qızları təmizlik işlərinə kömək etmələri üçün çağırıb. 10-12 yaş arasında olan qızlar təmizlik işlərinə başlayıblar. Daha sonra başqa bir nəfər də içəri daxil olub və molla ilə bərabər qızcığazlara təcavüz ediblər. Tibbi ekspertiza zamanı qızların sağlamlığına təhlükə olmadığı məlum olub.
Körpələri zorladığı bildirilən hər iki şəxs həbs olunub. Onlar ilkin ifadələrində qızları zorlamadıqlarını deyiblər.
Körpələri zorladığı bildirilən hər iki şəxs həbs olunub. Onlar ilkin ifadələrində qızları zorlamadıqlarını deyiblər.
984