Metrolarda törədilən ən dəhşətli terror aktları – XRONIKA
Hər gün on minlərlə insanın istifadə etdiyi metropoliten nə yazıq ki, terrorçuların hədəfinə çevrilə bilir. Yüksək gərginlik, havasızlıq və dərinlik hər hansı terror aktının qurbanlarının sayını daha da artırır. Buna görə də, digər ictimai nəqliyyatdan fərqli olaraq, metroda yoxlamalar daha intensiv aparılır. İndi hansısa ölkədə videonəzarət və polis kontrolu olmayan metropoliten tapmaq çətindir. Bununla belə, terrorçular bu və ya digər formada “yerin altına” sızmağı bacarırlar.
Beləliklə, Lent.az metrolarda baş verən ən qanlı terror aktları barədə məlumat təqdim edir.
8 yanvar 1977, SSRİ. Tarixdə ilk dəfə olaraq yeraltı nəqliyyatda terror aktı törədilir. Moskva metrosunun “İzmaylovo” və “Pervomayskaya” açıq stansiyaları arasında hərəkət edən qatarda əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində 7 nəfər ölüb, 32 nəfər yaralanıb. Əldəqayırma bombaya armatur qırıqları və müxtəlif dəmir əşyalar doldurulmuşdu. Hadisəni törətməkdə təqsirli bilinən 3 erməni terrorçu - Akop Stepanyan, Stepan Zatikyan və Zaven Baqdasaryan SSRİ Ali Məhkəməsinin hökmü ilə güllələnib. Cinayət işinin üzərindən bu gün də məxfilik qrifi götürülməyib. Hadisənin nə məqsədlə törədildiyi bu gün də ictimaiyyətə naməlumdur. Sovet mətbuatı bu hadisə barədə 3 gün sonra məlumat yayıb.
Sovet dövründə metrolarda videonəzarət və müntəzəm milis yoxlaması olmayıb. Stansiya girişlərində dayanan milis nəfərinin əsas vəzifəsi isə sərxoş insanları metroya buraxmamaq olub.
28 fevral 1993, İngiltərə. London metrosunun “Bridge” stansiyasında baş verən partlayış nəticəsində 29 nəfər yaralanır. Terror aktına görə məsuliyyəti İrlandiya respublika ordusu götürüb.
15 - 21 dekabr 1994, ABŞ. Nyu-York metrosunda baş verən ilk partlayışda heç kim xəsarət almır. İkinci partlayışda isə 50 nəfər xəsarət alıb. Cinayəti törədən şəxs 94 il azadlıqdan məhrum edilib.
9 mart 1994, Azərbaycan. Bakı metropoliteninin “20 yanvar” stansiyasında törədilən terror aktı nəticəsində 14 nəfər həlak olub, 49 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. İstintaq tədbirləri zamanı müəyyən edilib ki, terror aksiyası Ermənistan Xüsusi Xidmət Orqanları tapşırığı ilə separatçı Sadval Ləzgi Xalq Hərəkatı təşkilatının üzvləri tərəfindən həyata keçirilib (MTN).
3 iyul 1994, Azərbaycan. Bakı metropoliteninin 28 may - Gənclik stansiyaları arasında hərəkət edən qatarda törədilmiş partlayış nəticəsində 13 nəfər həlak olub, 42 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Cinayəti əsirlikdə olarkən Ermənistan xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək terror aksiyası həyata keçirmək tapşırığı ilə respublikaya göndərilən Azərbaycan vətəndaşı Azər Aslanov törədib (MTN).
20 mart 1995, Yaponiya. Dini sekta nümayəndələrinin eyni anda Tokio metrosunun 16 stansiyasına zarin qazı buraxması nəticəsində 12 nəfər həlak olub, 5000-dən çox insan zəhərlənib. Sektanın 9 üzvü barədə çıxarılan ölüm hökmü hələ icra edilməyib. (Zarin qazı kimyəvi silah kimi istifadə edilir)
25 iyul 1995, Fransa. Paris metrosunun “Saint Michele” stansiyasına yaxınlaşan qatarda qaz balonunun partlaması 7 nəfərin həyatına son qoyub, 60-dan çox insan xəsarət alıb. Terror aktına görə məsuliyyəti Əlcəzair qrupu öz götürüb.
17 oktyabr 1995, Paris. Yenə eyni istiqamətdə hərəkət edən qatarda partlayış nəticəsində 30-dan çox insan xəsarət alıb. Terror aktına görə məsuliyyəti bu dəfə də Əlcəzair qrupu öz götürüb. Qrup üzvlərinin çoxu məsuliyyətə cəlb edilib.
11 iyun 1996, Rusiya. Moskva metrosunun “Tulskaya” və “Naqtinskaya” stansiyaları arasında tuneldə olan qatarda partlayış nəticəsində 4 nəfər həlak olub, 12 nəfər yaralanıb. Terror aktında təqsirli bilinən 12 nəfərdən cəmi ikisi 1997-ci ildə yaxalanaraq məsuliyyətə cəlb edilib.
3 oktyabr 1996, Paris. “Porte Royal” stansiyasında partlayış nəticəsində 92 nəfər yaralanıb. İstintaq zamanı terror aktının 1995-ci ildə təşkil edilən hücumla eyni olduğu üzə çıxıb.
29 oktyabr 1997, Gürcüstan. Tiflis metrosunun “Didube” stansiyasına əldəqayırma partlayıcı qurğu keçirən keçmiş polis işçisi detonatorun vaxtından əvvəl işə düşməsi nəticəsində ölüb. Partlayış stansiyaya maddi ziyan vursa da heç kəs xəsarət almayıb.
27 iyul 2000, Almaniya. Düsseldorf metrosunda məsafədən idarə edilən bombanın partladılması nəticəsində 10 nəfər xəsarət alıb. Cinayətkarlar hələ tapılmayıb.
4 sentyabr 2001, Kanada. Monreal metrosuna gözyaşardıcı qaz buraxılması nəticəsində 50 nəfər zəhərlənib. İstintaq davam edir.
18 fevral 2003, Cənubi Koreya. Tequ metrosunda ruhi xəstənin törətdiyi yanğın 200 nəfərin həyatına son qoyub, 150 nəfər xəsarət alıb. Cinayətkar ömürlük həbsə məhkum edilib.
6 fevral 2004, Rusiya Federasiyası. Moskva metrosunun “Avtozavodsk” və “Pavelskaya” stansiyaları arasında hərəkət edən qatarda əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində 39 nəfər ölüb, 134 nəfər yaralanıb. Terrorçu Anzor İjayev barədə 2005-ci ildə axtarış elan edilib.
7 iyul 2005, İngiltərə. London metrosunda seriya partlayışlar nəticəsində 52 nəfər ölüb, 700 nəfər xəsarət alıb. İstintaq davam edir.
29 mart 2010, Moskva. Metronun “Lyublyanka” və “Park kulturı” stansiyalarında törədilən partlayışlar nəticəsində 40 nəfər həlak olub, 90 nəfər yaralanıb. Partlayış nəticəsində qadın kamikaze də həlak olub. Hadisə paytaxtda böyük təlaş yaradıb.
Vüqar Ələsgərov

2030