Etimad İsmayılovun məhkəməsində vəkilin ürəyi gedib
Bu barədə APA-ya ictimai vəkil Vladimir Filiçkin məlumat verib. Onun sözlərinə görə, oktyabrın 7-də səhər saat 10-da başlayacaq məhkəmə axşam saat 16-da başlayıb: “Bütün bu müddəti müdafiə tərəfi məhkəmədə gözləməli olub. Hakim Qrev Qaltsev həmişəki kimi, özünü ədəbsiz aparıb, müdafiə tərəfinin çıxışlarını dəfələrlə kəsib. Proses zamanı Abbas Cəfərovun vəkili Olqa Xalıkova özünü pis hiss etdiyini səbəb gətirərək, məhkəmənin təxirə salınmasını xahiş etdi. Lakin hakim bunu müdafiə tərəfinin prosesi uzatmaq üçün növbəti bir bəhanəsi adlandırdı. Nəticədə vəkil Olqa Xalıkovanın ürəyi getdi və təcili tibbi yardım çağırıldı. İclas saat 21-də bitdi. Növbəti iclas oktyabrın 12-də müdafiə tərəfinin çıxışları ilə davam etdiriləcək”.
V. Filiçkin məhkəmənin çox aktivləşdiyini deyib: “Fikrimcə, ən qısa müddətdə məhkəmə hökm çıxarmaq istəyir. Müdafiə tərəfinin vəsatətləri məhkəmə tərəfindən rədd olunur. Səbəb isə aydındır. Əgər Etimad İsmayılov, Abbas Cəfərov və Vladimir Quzov bəraət qazansa, onda gərək Federal Təhlükəsizlik Xidməti, prokurorluq, Mərkəzi Vilayət Məhkəməsinin əməkdaşları cəzalandırılsın” .
Xatırladaq ki, ötən proses zamanı dövlət ittihamçısı çıxış edərək, Etimad İsmayılova cəzasını ümumi rejimli koloniyada çəkməklə 10 il, Vladimir Quzova 8 il, Abbas Cəfərova 6 il həbs cəzası, Vladimir Şvadçenkoya isə 3 il şərti cəza verilməsini istəyib.
Qeyd edək ki, E. İsmayılov barəsində Rusiya Cinayət Məcəlləsinin “çirkli pulların yuyulması” və “dələduzluq” maddələri ilə ittiham irəli sürülüb. O, “Avroasiya Sənaye-Maliyyə Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibidir. Bu şirkətə Çelyabinsk qubernatorunun himayəsində olan bir şirkətin 1 milyon dollar məbləğində borcu var. Arbitraj Məhkəməsindən həmin şirkətin Etimad İsmayılovun şirkətinə borcu olmasını təsdiqləyən sənəd də verilib. Partiya sədrinin oğlu 2008-ci il martın 25-də gecə Bakıdan Moskvaya qayıdarkən Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Domodedovo hava limanında saxlanılıb.
Onu da xatırladaq ki, E. İsmayılovun da ittiham olunduğu cinayət işi 2007-ci ildə qaldırılıb. E. İsmayılovdan əlavə Ukrayna vətəndaşı, “Russkaya zernovaya kompaniya”nın baş direktoru Vladimir Quzov, vasitəçi strukturun rəhbəri Abbas Cəfərov və “Prodkorporasiya”nın rəhbəri Vladimir Şvadçenkonun da adları cinayət işində keçir.

825