9 ayda insan alveri ilə məşğul olan 63 dəstə zərərsizləşdirilib
Lent.az-ın məlumata görə, hesabatı daxili işlər nazirinin müavini Vilayət Eyvazov təqdim edib. V.Eyvazov bildirib ki, 2010-cu ilin 9 ayında insan alverinə ilə məşğul olan 63 cinayətkar qrup zərərsizləşdirilib, 29 cinayətkar isə ifşa edilib. Onun sözlərinə görə, hesabat dövründə haqqında beynəlxalq axtarış elan olunmuş 13 cinayətkar tutularaq, istintaq orqanlarına təhvil verilib. Hazırda 43 nəfərin axtarışı davam edir.
Nazir müavini onu da qeyd edib ki, transmilli mütəşəkkil cinayətkarlığın təhlükəli növlərindən olan insan alverinə qarşı mübarizə ölkəmizdə hüquq-mühafizə fəaliyyətinin başlıca istiqamətlərindəndir. O, prezidentin Azərbaycan Respublikasının insan alverinə qarşı mübarizə üzrə milli fəaliyyət planına uyğun olaraq, normativ-hüquqi bazanın və institusional mexanizmlərinin təkmilləşdirilməsi, müvafiq resursların əlaqələndirilməsi və maarifləndirmə tədbirlərinin gücləndirilməsinin uğurla davam etdirildiyini bildirib.
V.Eyvazovun sözlərinə görə, milli istiqamətləndirmə mexanizminin həyata keçirilməsi məqsədilə respublikamızın 14 nazirliyi, xidmət və komitəsinin təmsil edən nümayəndələrdən ibarət idarələrarası komissiyalar yaradılıb. Həmin komissiyaların aidiyyəti dövlət orqanlarının xüsusi polis qurumu ilə əlaqələndirici qisimdə əməkdaşlığı müəyyən olunub.
Hesabat dövründə təyinat ölkələrdən olan Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, İran və Türkiyə ilə mütəşəkkil cinayətkarlıqla mübarizədə hüquqi yardım çərçivəsində aparılan məlumat mübadiləsi daha böyük fəallıqla davam etdirilib. Bu mənada, ABŞ, Avstriya, Bolqarıstan, Latviya, Rumıniya, Çin, Misir və digər ölkələrin aidiyyəti qurumları, habelə, BMT, ATƏT, Beynəlxalq Miqrasiya Təşkilatı, İnterpolun baş katibliyi ilə əməkdaşlıq münasibətləri intensiv və səmərəli xarakter daşıyır.
Elxan SALAHOV

980