Ermənilər atəşkəsi bir neçə istiqamətdə pozub
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 7-də saat 10.50-dən 11.00-dək, 17.25-dən 17.50-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 11.15-dən 11.50-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 19.25-dən 20.00-dək Tərtər rayonunun Qapanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 21.50-dən 22.35-dək Cəbrayıl rayonunun Çaxırlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.00-dan 22.30-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 11.15-dən 11.50-dək və oktyabrın 8-də saat 05.10-dan 05.20-dək Ağdam rayonunun Yusifcanlı və Cəvahirli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
570