icra başçısının müavininin sürücüsünün ölümü ilə bağlı rəsmi məlumat yayıldı
Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 4-ü saat 11:30 radələrində İsmayıllı şəhər sakini, rayon İcra Hakimiyyətində sürücü işləyən, 1982-ci il təvəllüdlü Ağayev Vüqar Ağami oğlunun meyitinin Qaraməryəm – İsmayıllı - Şəki magistral yolunun 32-ci kilometrliyində yoldan 100 metr aralıda meşə massivində aşkar edilməsi barədə İsmayıllı rayon Polis Şöbəsindən rayon Prokurorluğuna məlumat daxil olub. Daxil olan məlumat əsasında rayon prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertin iştirakı ilə dərhal hadisə yerinə və meyitə baxış keçirilib. Hadisə yerinə baxış zamanı meyitin yanında içərisində bir ədəd patron gilizi olan 16 kalibrli qoşalülə ov tüfəngi, iki ədəd patron və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar edilərək götürülüb. Meyitin xarici müayinəsi zamanı V. Ağayevin paltarlarında dalaşmaya xas olan cırılma, sökülmə və ya hər hansı zədə müəyyən edilməyib. Başının alın təpə nahiyəsində yaxın məsafədən odlu silahla yetirilməyə xarakterik 6x2.5 sm ölçüdə yara aşkar olunub. Daxili müayinə zamanı isə mərhumun beyninin içərisindən qırma və qəzet parçaları aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla əlaqədar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb və iş üzrə müvafiq ekspertizalar təyin edilib. Aparılmış ilkin araşdırmalarla müəyyən olunub ki, mərhum V. Ağayev oktyabrın 4-də saat 10:00 radələrində hələlik istintaqa məlum olmayan mənbədən hadisədən iki gün əvvəl əldə edərək sökülü vəziyyətdə bazar çantasında saxladığı ov tüfəngini evdən götürüb dostları ilə birlikdə ova gedəcəyini qardaşına bildirərək taksi sürücüsü Elçin Mirzəyevə zəng vurub. Sonuncu özünə məxsus avtomobillə onu Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun 32-ci kilometrliyində düşürüb şəhərə qayıdıb. Az sonra V. Ağayev E. Mirzəyevə zəng vuraraq qardaşı Vüsal və təcili tibbi yardım həkimləri ilə onu düşürdüyü yerə gəlməsini xahiş edib. E. Mirzəyev öz növbəsində Vüsala bu barədə məlumat verib və onlar birlikdə təcili yardım maşını ilə hadisə yerinə gələrkən V. Ağayevin meyitini aşkar ediblər.
O da müəyyən edilib ki, mərhumun heç kimlə ədavəti və ya düşmənçiliyi olmayıb, bir müddət əvvəl İsmayıllı Mərkəzi Rayon Xəstəxanasında apendisitdən cərrahiyyə əməliyyatı olunub. Mədəaltı vəzisində yaranmış ağrılarla əlaqədar son günlər işə çıxmayaraq oktyabrın 5-də müalicə olunmaq məqsədilə atası ilə birlikdə İran İslam Respublikasına getməyi planlaşdırıb.
Ekspertizanın ilkin rəyinə görə, V. Ağayevin ölümünə səbəb tüfəngin maili vəziyyətdə aşağıdan yuxarıya doğru istiqamətdə başının alın təpə nahiyəsinə dirənmiş vəziyyətdə bir dəfə açılmış atəş olub.
Hazırda iş üzrə istintaq rayon Prokurorluğunda davam etdirilir.

904