Etimad İsmayılova 10 il həbs cəzası istənildi
06 oktyabr 2010 18:55 (UTC +04:00)

Etimad İsmayılova 10 il həbs cəzası istənildi

Bu barədə APA-ya ictimai vəkil Vladimir Filiçkin məlumat verib. Onun sözlərinə görə, Çelyabinsk şəhər məhkəməsində keçirilən proses zamanı dövlət ittihamçısı Etimad İsmayılova cəzasını ümumi rejimli koloniyada çəkməklə 10 il, Vladimir Quzova 8 il, Abbas Cəfərova 6 il həbs cəzası, Vladimir Şvadçenkoya isə 3 il şərti cəza verilməsini edib. V. Filiçkin sabah keçiriləcək prosesdə müdafiə tərəflərinin çıxış edəcəyini deyib: “Müdafiə tərəfi hesab edir ki, prokuror çox ağır cəza istəyib”.

Qeyd edək ki, E. İsmayılov barəsində Rusiya Cinayət Məcəlləsinin “çirkli pulların yuyulması” və “dələduzluq” maddələri ilə ittiham irəli sürülüb. O, “Avroasiya Sənaye-Maliyyə Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibidir. Bu şirkətə Çelyabinsk qubernatorunun himayəsində olan bir şirkətin 1 milyon dollar məbləğində borcu var. Arbitraj Məhkəməsindən həmin şirkətin Etimad İsmayılovun şirkətinə borcu olmasını təsdiqləyən sənəd də verilib. Partiya sədrinin oğlu 2008-ci il martın 25-də gecə Bakıdan Moskvaya qayıdarkən Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Domodedovo hava limanında saxlanılıb.

Onu da xatırladaq ki, E. İsmayılovun da ittiham olunduğu cinayət işi 2007-ci ildə qaldırılıb. E. İsmayılovdan əlavə Ukrayna vətəndaşı, “Russkaya zernovaya kompaniya”nın baş direktoru Vladimir Quzov, vasitəçi strukturun rəhbəri Abbas Cəfərov və “Prodkorporasiya”nın rəhbəri Vladimir Şvadçenkonun da adları cinayət işində keçir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 783

Oxşar yazılar