Natəvan Şərifova: “Faiq Ağayev məni saçımdan tutub yerə yıxdı və söydü”
Bunu “Yeni Müsavat”a xalq artisti Faiq Ağayevin bıçaqlanmasında iştirak etməkdə suçlanan Natəvan Şərifova müğənninin onu cinayətdə günahlandırması haqda danışarkən deyib. N.Şərifova F.Ağayevin yalan danışdığını bildirib: “Nə oldu, Faiq əvvəl deyirdi ki, onu oğlan bıçaqlayıb, indi də deyir ki, onu guya mən bıçaqlamışam. İki azyaşlı uşağım var. Gördülər ki, məni tutmurlar, onlar bilmədilər neyləsinlər. Buna görə də o, indi belə danışır”.
F.Ağayev tərəfindən döyüldüyünü deyən N.Şərifova hadisənin baş verməsindən danışarkən bunları söyləyib: “Biz yolda maşınla gedirdik. Onlar da maşınla arxadan gəlirdi. O, ardıcıl siqnal verməyə və ”morqat" eləməyə başladı. Orada yol verməyə imkan yox idi. Rüfət Məlikov da əli ilə onlara işarə etdi ki, gözləsin, yol olsa verər. Heç onlara baxmırdıq da ki, kimdirlər, nəçidirlər. Rüfətgilin qapısına çatanda gördük ki, Faiq yanındakı şəxslərlə birgə maşının qarşısını kəsdi. Faiq Rüfətə söyüş söyərək təhqir etdi və yanındakı şəxslərə dedi ki, bunu döyün. Seymur Məmmədovla mən maşında idim. Mühafizəçiləri Rüfəti döyəndə Seymurla mən onları aralamağa düşdük. Dedim bəlkə kişi xeylaqlarıdır də, qadını görəndə yumşalarlar. Əksinə, Faiq məni saçımdan tutub yerə yıxdı və mənə küçə söyüşləri söydü. Faiq mətbuatda deyib ki, guya mən onu butulka ilə vurmuşam. Yalan deyir. Ona xalq artisti adı veriblər ki, gedib camaatın qapısında reketlik etsin, mühafizəçilərinə adam döydürsün?"
N.Şərifova hadisə zamanı xəsarətlər aldığını və ekspertizadan keçdiyini bildirib.
R.Məlikovun anası Nazimə Məlikova da xalq artistinin mətbuat konfransında səsləndirdiyi fikirlərə münasibət bildirib. O, “Yeni Müsavat”a açıqlamasında F.Ağayevin dediklərinin həqiqətə uyğun olmadığını söylədi: “Çox narazılığımı bildirirəm ki, o, deyib ki, bizim danışmağa haqqımız yoxdur. Faiq bildirib ki, mən cinayətkar böyütmüşəm. Mən vətənpərvər oğlan böyütmüşəm. Faiq Ağayev kimilər isə mərdi qova-qova cinayətkar elədi. Faiqə bildirmək istəyirəm ki, sənin anan da səni böyüdəndə bilmirdi ki, sən nə olacaqsan. Faiq müsahibə verib ki, elə olan halda nə etməli idi. Faiqin qanunlardan xəbəri yoxdur? O, bilmir ki, hüquq-mühafizə orqanları var? Əgər oğlum sənə həqiqətən də sataşmışdısa, onun maşınının nömrəsini götürüb polisə və lazım olan qurumlara müraciət edə bilərdin”.
F.Ağayevin onun digər oğlu Bəhruz Məlikov tərəfindən bir ay izlənməsi haqda dediklərinə gəlincə isə N.Məlikova Bəhruzun lal-kar olduğunu dedi: “Faiq deyir ki, guya Bəhruz onu izləyib. Axı Bəhruz səni neyləyir? Bəhruz xəstə adamdır. Axı Bəhruz Faiqi necə izləyə bilər? Adam bir danışığını bilər. Faiq Ağayev Hindistan filmi danışır. Əgər Bəhruz Faiqi izləyibsə, onda onun maşınını da evimizin qarşısına buksirlə gətirib?”
F.Ağayevin N.Şərifovanın ona iki bıçaq vurması haqda dediklərinə toxunan N.Məlikova xalq artistinin belə açıqlamalarla gülməli danışdığını söyləyib: “Natəvan onu bıçaqlamayıb. Faiq nə gəldi danışır. O, küçənin ortasında Natəvanının saçını yolub. Həmin səhnəni şahidlər də görüb. Onlar Rüfəti nə günə qoymuşdular. Gəlib qapıda Rüfəti döyüb, təhqir ediblər”.
Qeyd edək ki, F.Ağayev srağagün keçirdiyi mətbuat konfransında N.Şərifovanın ona iki bıçaq vurmasını və Rüfətin qardaşı tərəfindən bir ay izləndiyini iddia edib.
Məsələ ilə bağlı F.Ağayevin mətbuat xidmətindən “Yeni Müsavat”a bildiriblər ki, əlavə şərhə heç bir ehtiyac yoxdur və qarşı tərəf özünü təmizə çıxarmaq istəyir: “Faiq Ağayev mətbuat konfransında hər şeyi olduğu kimi deyib”.
Xatırladaq ki, hadisə sentyabrın 27-də səhər saatlarında Nəsimi rayonu ərazisində, “Kubinka” adlı yerdə qeydə alınıb. F.Ağayev 10 FA 222 nömrəli, “Audi” markalı maşını idarə edərkən həmin yolla hərəkət edən “VAZ-2107"-nin sürücüsü və sərnişinləri ilə mübahisə edib. Sonradan qızışan mübahisə münaqişəyə çevrilib. Nəticədə F.Ağayev və onun yanında olan iki nəfərə çoxsaylı bıçaq xəsarətləri yetirilib.

1006