Duzlu göldə 3 ekskavator, 1 kran batdı
04 oktyabr 2010 11:46 (UTC +04:00)

Duzlu göldə 3 ekskavator, 1 kran batdı

Lent.az-ın hadisə yerində olan əməkdaşının məlumatına görə, batan maşınlardan yalnız birini xilas etmək mümkün olub.

Hadisə yerində əldə etdiyimiz məlumatlardan aydın oldu ki, təxminən 1 həftə əvvəl gölün ortasında duz çıxardan bir ekskavator gözlənilmədən batıb (gölün maksimal dərinliyi 50-60 santimetr, bəzi yerlərdə 1 metrdir). Bir neçə gün sonra fiziki şəxsə məxsus olan həmin ekskavatorun sahibi bir kranı ekskavatoru çıxarmaq üçün əraziyə cəlb edib. Amma bu dəfə daha pis olub. Belə ki, kran da gölün ortasında batıb qalıb, ekskavator isə getdikcə daha dərinliyə batıb və görünməz olub.

Oktyabrın 3-də isə daha iki ekskavator gəlsə də onlar da heç nə edə bilməyiblər və dartmanın təzyiqindən özləri gölün bataqlığına ilişiblər. Sonradan həmin ekskavatorlardan birini xilas etmək mümkün oldu. Digər 3 texnika isə hələ də gölün ortasında qalmışdı.

Oktyabrın 3-də günün sonunda aldığımız məlumata görə, ikinci ekskavator da xilas edilib. Amma kran və birinci batan və göldə görünməz olan texnika isə hələ də gözləyir.

Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1410

Oxşar yazılar