Ukrayna “orqan mafiyası”na görə Azərbaycana rəsmi müraciət edib
01 oktyabr 2010 12:36 (UTC +04:00)

Ukrayna “orqan mafiyası”na görə Azərbaycana rəsmi müraciət edib

Baş prokuror Zakir Qaralov “Qara transplantasiya” ilə bağlı yayılan məlumatlara münasibət bildirib.


Lent.az-ın məlumatına görə, baş prokuror bildirib ki, azərbaycanlı həkimlərin “qara transplantasiya” ilə məşğul olduğu ortaya çıxsa, onlar həbs ediləcəklər. Onun sözlərinə görə, artıq Ukrayna tərəfi məsələ ilə bağlı Azərbaycana rəsmi müraciət ünvanlayıb. Zakir Qaralov müraciətin dəyərləndiriləcəyini deyib: “Hər hansı cinayət hadisəsi barədə mətbuatda yayılan informasiyalar tərəfimizdən ciddi araşdırılır. Ukrayna daxili işlər orqanları da Azərbaycan mətbuatına açıqlama verərək, onların əlində insan orqanlarının “qara transplantasiyası” ilə bağlı əməliyyat məlumatlarının olduğunu bildirib. Biz qarşılıqlı hüquqi anlaşma əsasında Ukrayna tərəfi ilə bu məsələləri araşdıracağıq. Əgər Azərbaycan həkimlərinin bu cinayət hadisəsində əlaqəsi olarsa, həmin şəxslər məsuliyyətə cəlb olunacaqlar. İki gün əvvəl Ukrayna Daxili İşlər Nazirliyi tərəfindən bizə müraciətlər daxil olub. Biz həmin müraciəti dəyərləndirəcəyik və müvafiq qərarlar qəbul olunacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1273

Oxşar yazılar