Şəmsiyyə Bəylərqızı: “Məni ölümlə hədələyirlər”
Lent.az-ın verdiyi məlumata görə, bunu bu gün jurnalist-publisist Şəmsiyyə Bəylərqızı keçirdiyi mətbuat konfransında söyləyib. Şəmsiyyə Bəylərqızı mətbuat konfransında hüquq mühafizə orqanlarının rəhbərlərinə, dövlət başçısına müraciət edib və qorunmasını istəyib: “Azərbaycan məhkəmələrinin Əfşar Süleymani ilə bağlı atalığın təyin edilməsi, aliment ödənilməsi barədə qərarları var. Ancaq 1 ildir ki, Əfşar Süleymani məhkəmənin təyin etdiyi ekspertizaya gəlmir. İndi isə Azərbaycana gələndə təyyarə ilə gəlmir ki, sorğu zamanı haqqındakı bu məlumat üzə çıxar. İrandan Azərbaycana avtomobil yolu ilə gəlir. Bu insan artıq açıq təhdidə keçib”.
Qeyd edək ki, mətbuat konfransında Əfşar Süleymaninin müxtəlif vaxtlarda İranın “Səhər” telekanalında Azərbaycan dövləti əleyhinə verdiyi açıqlamalar da nümayiş olunub.
Ramiz
Qeyd edək ki, mətbuat konfransında Əfşar Süleymaninin müxtəlif vaxtlarda İranın “Səhər” telekanalında Azərbaycan dövləti əleyhinə verdiyi açıqlamalar da nümayiş olunub.
Ramiz
996