Atatürkün fahişəxanaya çevrilən yaxtası haqda ilginc məlumatlar
Türkiyənin Antalya şəhərində Mustafa Kamal Atatürkün “Savarona” yaxtasının fahişəxanaya çevrilməsi ilə bağlı ilginc xəbərlər ortaya çıxıb. Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, gəmini həftəsi 50 min dollarda icarəyə götürənlər arasında azərbaycanlılar, ruslar, ərəblər də olub.
Yazıda bildirilir ki, yaxtanı icarəyə götürənlər arasında orada rəqqasə oynadanlar da, rusiyalı fahişələri say-seçmə müştərilərə təklif edənlər də olub. Həmçinin, yaxtada kokain və “mavilər”in partisi təşkil edilib.
Qəzet yazır ki, kirayənişinlər arasında ərəblər və ruslar da var imiş. Onlar üçün isə yaxtadan vaxtilə Atatürkün yararlanması heç bir önəm daşımayıb: “Çünki bunu Türkiyə dövləti fikirləşməli idi. Onlar düşünməyəndən sonra Atatürkün əziz xatirəsini əcnəbi haradan anlasın? Sən sahib çıxmasan, Atatürkün yaxtası karxana da ola bilər, qumarxana da”.
Qeyd edək ki, yaxtanı 1989-cu ildə Kahraman Sadıkoğlu adlı şəxs 49 illik icarəyə götürüb. Sadıkoğlu hətta xeyli vəsait xərcləyərək, orijinal vəziyyətinə çatdırıb. Amma yaxta boşda qalacağı halda o, məsrəfləri ödəmək üçün həftədə 3 – 5 min lirə xərcləməli imiş. Ona görə də Sadıkoğlu çıxış yolunu yaxtanı həftəlik icarəyə verməkdə görüb: “Mən nə bilim kirayələyənin fahişə sevgisi Atatürk sevgisindən üstündür”.
2010-cu ilin mayında “Savarona”nın satılması gündəmə gəlib. Potensial alıcılar rus və ərəb iş adamları olub. Lakin “Atatürkün bir uşağının oyuncağını gözlədiyi tək arzuladığı yaxtası satılarmı?” deyə satmaqdan imtina ediblər. Bundan sonra yaxta iki dövlət qurumuna təklif olunub. Amma yenə “Savarona”ya sahib çıxan tapılmayıb. Bunu görən ibtidai sinif şagirdləri hər müəllim və şagirddən 1 lirə toplayaraq, yaxtanı almaq üçün kampaniya başladıblar. Yenə “Köhnə hamam, köhnə daş”. Yaxta üçün 50 min dollar ödəyən şəxs Atatürkün siqarı, rakısı, pasportu olan otağın yanında “aləmin kralı”nı qurub.
Çıxış yolu kimi “Savarona”nın muzeyə aparılması təklif olunub: “Əks halda, yaxtanın başından qalmaqallar əksik olmayacaq. Atatürkün oyuncağı onun-bunun əlində oyuncaq olmağa davam edər”.

Oxşar yazılar

Şahbuzda FACİƏ: 69 yaşlı qadın göldə boğuldu
3 iyul 2025 , 11:32
İki azərbaycanlı ailə Rusiyadan qovuldu
3 iyul 2025 , 11:03Sabunçuda narkotik satan 5 nəfər saxlanıldı -VİDEO
3 iyul 2025 , 10:58
Səfərbərlik Xidməti 62 nəfər barəsində Baş Prokurorluğa müraciət etdi
3 iyul 2025 , 10:38
Bakıda 14-cü mərtəbədən yıxılan qız SAĞ QALDI
3 iyul 2025 , 10:21
Lənkəranda 65 yaşlı kişini bıçaqlayan şəxs tutuldu
3 iyul 2025 , 10:18
Bakıda istirahət mərkəzində FACİƏ: "tok" vurub öldürdü
3 iyul 2025 , 09:47