Xuliqanlıqda təqsirləndirilən Gəncə sakini saxlanılıb
30 sentyabr 2010 14:29 (UTC +04:00)

Xuliqanlıqda təqsirləndirilən Gəncə sakini saxlanılıb

Xuliqanlıqda təqsirləndirilən Gəncə sakini saxlanılıb. “Gəncə Bazar” ASC-nin xidmətçi işçisi əvvəllər bazarda işləyən digər işçini döyüb. Bu barədə Lent.az-ın Gəncəbasar müxbirinə Gəncə şəhər Polis İdarəsindən bildirilib.

Məlumata görə, Gəncə şəhər sakini Bayram Məhərrəmov 2010-cu ilin aprel ayına kimi Gəncə bazarında işləyib, sonra işdən azad edilib. Məhərrəmov Bayram Novruz oğlu “Gəncə Bazar” ASC-nin idarə heyətinə yenidən işə bərpa olunması barədə müraciət edərkən, yaranan mübahisə zamanı ticarət mərkəzinin xidmətçisi işləyən, ancaq özünü bazarın rəhbəri kimi qələmə verən 1980-ci il təvəllüdlü Gəncə şəhər sakini İsmayılov Əli Kamal oğlu ona qarşı zor tətbiq edib. Əli İsmayılov Bayram Məhərrəmovu döyərək, ona əlində olan əşya ilə xəsarət yetirib.

Bundan sonra xəsarət almış şəxs hüquq-mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət edib. Əli İsmayılov polis tərəfindən saxlanılıb. Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə iş açılıb, araşdırma aparılır.

Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 592

Oxşar yazılar

Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00
Şəmkirdə yaşayış evində partlayış  baş verdi

Şəmkirdə yaşayış evində partlayış baş verdi

14 dekabr 2024 , 08:43
Güclü külək Zaqatalada fəsadlar törətdi

Güclü külək Zaqatalada fəsadlar törətdi

14 dekabr 2024 , 08:19