FHN magistral neft boru xəttinin şərti partlayış təlimi keçirib
APA-nın Qərb bürosunun verdiyi məlumata görə, təlimdə FHN-in, bp şirkətinin və Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları iştirak edib. Təlimə əsasən Ağstafa rayonu ərazisindən keçən magistral boru neft xəttinin 18 saylı yarımstansiyasında və yaxınlıqdakı yaşayış məntəqəsində “partlayış” baş verib. “Partlayış”dan dərhal sonra hadisə ilə əlaqədar FHN-in 112 və 101 qaynar xətlərinə məlumat verilib və dərhal hadisə yerinə FHN-in yaxınlıqda olan qüvvələri və şəxsi heyəti cəlb olunub. İlk olaraq helikopter “partlayış” yerinin üzərində kəşfiyyat uçuşu həyata keçirib. Bundan sonra yanğınsöndürmə briqadaları hadisə yerinə gələrək “partlayış” nəticəsində baş vermiş “yanğın”ı söndürməyə başlayıb. Helikopterlə su gətirilərək yanğının söndürülməsinə havadan yardım edib. Yaşayış obyektində şərti olaraq yaralanmış insanlar xilasedicilər tərəfindən xilas edilərək təcili tibbi yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara aparılıb. “Partlayış” nəticəsində magistral boru neft xəttindən axan şərti neft Həsənsu çayına tökülüb, Kür çayının və Kür çayı vasitəsi ilə Xəzər dənizin çirklənməsi təhlükəsi yaranıb. Neftin Kür çayına axmasının qarşısı iki buldozerlə və bp şirkətinin xüsusi qurumları tərəfindən çay sahilində qurulmuş qum təpəcikləri ilə alınıb.
Təlim nəticəsində 2 nəfər “ölüb”, 10 nəfər müxtəlif dərəcəli “yaralanıb”. “Ağır yaralılar” helikopter vasitəsi ilə Bakı şəhərinə çatdırılıb.
Təlimdən sonra jurnalistlərin suallarını cavablandıran fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev təlimin məqsədi və nəticələri haqda danışıb: “Təlimin əsas məqsədi bp şirkəti ilə əlaqələrin qurulması, birgə baş verə biləcək fövqəladə halların nəticələrinin aradan qaldırılması və zaman etibarı ilə bu halların daha da, genişlənməsinin qarşısını almağın genişləndirilməsidir. Keçirilən təlimə 200-dən artıq şəxsi heyət, 30-dan çox texnika və 2 helikopter çəlb olunub. Mən təlimin nəticələrini müsbət qiymətləndirirəm və bildirmək istəyirəm ki, biz bu gün qarşıya qoyulan məsələlərin həllini bu gün burada tapdıq”.

663