Ermənilər atəşkəsi bir neçə istiqamətdə pozub
29 sentyabr 2010 09:41 (UTC +04:00)

Ermənilər atəşkəsi bir neçə istiqamətdə pozub

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 28-də saat 13.10-dan 13.40-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimizi, saat 06.30-dan 06.50-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 06.45-dən 07.00-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.25-dən 22.30-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 22.20-dən 23.35-dək fasilələrlə Füzuli rayonunun Qorqan və Aşağı Əbdürrəhmanlı kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən, sentyabrın 29-da saat 00.30-dan 00.50-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 03.05-dən 03.15-dək və 05.25-dən 05.40-dək Ağdam rayonunun Şıxlar və Baş Qərvənd kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.


Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 508

Oxşar yazılar