Faiq Ağayev bu gün ifadə verəcək
Xalq artisti Faiq Ağayevin bu gün – sentyabrın 28-də ifadəsi alına bilər. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müğənninin sağlamlığı imkan verdiyi təqdirdə, o, baş vermiş hadisə ilə bağlı müstəntiqlə danışıb, məlumat verəcək.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Faiq Ağayevlə yanaşı sənətçinin yanında olan digər 2 nəfər: Ramil Bayramov və Azər Musayev də istintaqa ifadə verəcək.
Hadisənin qarşı tərəfi Rüfət Məlikov, Seymur Məmmədov iştirakçı kimi, Natavan Şərifova isə şahid kimi artıq ifadə verib.
Vüqar Baba

668