Faiq Ağayevi bıçaqlamaqda şübhəli bilinən iki nəfər tutulub
28 sentyabr 2010 12:22 (UTC +04:00)

Faiq Ağayevi bıçaqlamaqda şübhəli bilinən iki nəfər tutulub

Azərbaycan Daxili İşlər Nazirliyi xalq artisti Faiq Ağayevin bıçaqlanması ilə bağlı növbəti açıqlama yayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, xalq artistini bıçaqlamaqda şübhəli bilinən iki nəfər polis tərəfindən saxlanılıb.

Məlumatda bildirilir ki, Bakı şəhər sakinləri Ramin Bayramov, Azər Musayev və Azərbaycanın xalq artisti Faiq Ağayev sentyabrın 27-də saat 06.00 radələrində Nəsimi rayonu ərazisindəki Ə. Topçubaşov küçəsi, ev 110-nun qarşısında bıçaqlanıblar. Onlar müxtəlif dərəcəli xəsarətlərlə Klinik Tibbi Mərkəzi yerləşdiriliblər.

Nəsimi rayon Polis İdarəsinin 21 polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törədən, əvvəllər məhkum olunmuşlar Rüfət Məlikov və Seymur Məmmədov saxlanılıblar. Hazırda faktla bağlı istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, hadisə iştirakçılarının arasında Natəvan Şərifova adlı bir qadın da var. N. Şərifova ötən gecə polisə dəvət olunaraq ifadəsi alınıb. Lakin N. Şərifovanın hadisədə günahı olmadığı üçün o bu gün sərbəst buraxılıb.

Xatırladaq ki, məlum hadisə ötən gün səhər saatlarında Nəsimi rayonu ərazisində, keçmiş “Kubinka” adlanan yerdə qeydə alınıb. Xalq artisti Faiq Ağayev özünə məxsus 10 FA 222 dövlət nömrə nişanlı, “Audi” markalı maşını idarə edərkən, həmin yolla hərəkət edən “VAZ-2107” markalı avtomobilin sürücüsü və sərnişinləri ilə mübahisəsi düşüb. Sonradan qızışan mübahisə münaqişəyə çevrilib. Nəticədə F. Ağayev və onun yanında olan iki nəfərə çoxsaylı bıçaq xəsarətləri yetirilib. Hadisəni törədən şəxslər qaçıblar. Onlar üç nəfər olub.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsinin istintaq şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 126.2.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma, iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə) və 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddələri ilə cinayət işi başlanıb.

Klinik Tibbi Mərkəzdən APA-ya bildirilib ki, yaralılar xalq artisti Faiq Ağayev, onun mühafizəçiləri Ramin Bayramov və Azər Musayev əməliyyat olunublar. F. Ağayevə 6 bıçaq vurulub. O, kürək nahiyəsindən 4, budundan 1, qarın nahiyəsindən də 1 xəsarət alıb. Hər üç yaralı əməliyyat olunub. Vəziyyətləri orta-ağırdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 659

Oxşar yazılar

Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05