Zərgərin intihar məktubunda adını çəkdiyi şəxs polis imiş
Azərbaycan paytaxtında intihar edən zərgərlə bağlı yeni faktlar ortaya çıxıb. Xətai rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, zərgərin ölümündən qabaq yazmış olduğu məktubda adı qeyd olunan İlham adlı şəxs polis əməkdaşıdır. Araşdırmalar nəticəsində həmin şəxslə əlaqə yaradılıb və məlum olub ki, o, Səbail rayon Polis İdarəsinin əməkdaşıdır. Polis əməkdaşı ifadəsində özünə qəsd edən Adil Xalfəliyevi tanıdığını bildirib. İlhamın sözlərinə görə, mərhumla bağlı polisə şikayət ərizəsi daxil olub. Həmin şikayət ərizəsi əsasında A. Xalfəliyev bir neçə dəfə polisə dəvət olunub. Lakin o, məsuliyyətdən yayınaraq dəvəti qəbul etməyib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, məlum hadisə ötən gecə, Xətai rayonu Q. Məmmədov küçəsində yerləşən qəbiristanlığın yaxınlığında, yol kənarında baş verib. Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Adil Xalfəliyev özünə məxsus “Nissan” markalı, 90 GK 956 dövlət nömrə nişanlı avtomobildə, qanunsuz əldə etdiyi “Makarov” tipli tapança ilə başından atəş açaraq özünü öldürüb.
Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olan kimi dərhal əraziyə əməliyyat qrupu gəlib. Meyitin üzərinə baxış keçirilərkən mərhumun özünə qəsd etməzdən əvvəl məktub yazdığı məlum olub. Məktubda deyilir: “Yoruldum yaşamaqdan. Allah günahımdan keçsin”.
A.Xalfəliyev, həmçinin məktubda İlham adlı birinin telefon nömrəsini yazıb və onunla danışmağı məsləhət görüb.
Hazırda həmin şəxsin tapılaraq dindirilməsi istiqamətində tədbirlər görülür.
Rayon prokurorluğundan A. Xalfəliyev zərgərlik fəaliyyəti ilə məşğul olduğu da bildirilib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

596