Faiq Ağayevin vəziyyəti stabildir
Sentyabrın 27-də səhər saatlarında bıçaqlanaraq ağır xəsarət alan xalq artisti Faiq Ağayevin vəziyyəti stabildir. Lent.az-ın məlumatına görə, bu barədə jurnalistlərə Kliniki Tibbi Mərkəzin cərrahı Ədalət Dadaşov məlumat verib. Hazırda müğənninin ailə üzvləri və işçi heyəti xəstəxanadadır.
Bu gün axşam saatlarında xəstəxananın həyətində fotoreportaj hazırlayan trend.life agentliyinin əməkdaşı Şahin Cavadsoyla xalq artistinin qardaşı Elçin Ağayev arasında qarşıdurma yaranıb. Müğənninin qardaşı fotoreportaj hazırlayan jurnalistə qəzəblənib və boyun nahiyəsinə zərbə endirib.
Qeyd edək ki, müğənninin digər qardaşı da ziyarətə gələn Nadir Qafarzadədən narazı qalıb. Səhər saatlarında Faiq Ağayevin koma vəziyyətində olduğunu eşitdiyini canlı yayımda deyən Nadir Qafarzadəyə müğənninin qardaşı etiraz edib və onu kənara çəkərək, Faiq Ağayevin səhər saatlarında vəziyyətinin yaxşı olduğunu və hətta ziyarət vaxtı əl işarəsi ilə ona “otur” dediyini söyləyib.

547