Faiq Ağayevi bıçaqlamaqda şübhəli bilinənlərdən biri qadındır
Azərbaycanın xalq artisti Faiq Ağayevi bıçaqlamaqda şübhəli bilinən iki nəfər barəsində axtarış elan edilib. Bu barədə APA-ya Nəsimi rayon Polis İdarəsindən məlumat verilib. Məlumata görə, axtarılan şəxslər Seymur Məmmədov və Natəvan Şərifovadır.
Qeyd edək ki, xalq artistinin bıçaqlanması faktı ilə əlaqədar artıq bir nəfər həbs olunub. Bu, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Rüfət Baba oğlu Məlikovdur. R. Məlikovun kimliyi polisin istintaqa cəlb etdiyi iki nəfərin ifadəsi əsasında müəyyən edilib. İstintaq qrupu tərəfindən dindirilən R. Məlikov hadisəni aralarında yaranan mübahisə zəminində törətdiyini etiraf edib. Polis idarəsindən istintaqa cəlb edilən şəxslərin adları açıqlanmasa da, onların araşdırmalar başa çatandan sonra sərbəst buraxılacağı bildirilib. Həmin şəxslərin hadisədə günahı olmadığı vurğulanır.
Xatırladaq ki, məlum hadisə bu gün səhər saatlarında Nəsimi rayonu ərazisində, keçmiş “Kubinka” adlanan yerdə qeydə alınıb. Xalq artisti Faiq Ağayev özünə məxsus 10 FA 222 dövlət nömrə nişanlı, “Audi” markalı maşını idarə edərkən, həmin yolla hərəkət edən “VAZ-2107” markalı avtomobilin sürücüsü və sərnişinləri ilə mübahisəsi düşüb. Sonradan qızışan mübahisə münaqişəyə çevrilib. Nəticədə F. Ağayev və onun yanında olan iki nəfərə çoxsaylı bıçaq xəsarətləri yetirilib. Hadisəni törədən şəxslər qaçıblar. Onlar üç nəfər olub.
Faktla bağlı Nəsimi rayon Polis İdarəsinin istintaq şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 126.2.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma, iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə) və 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddələri ilə cinayət işi başlanıb.
Klinik Tibbi Mərkəzdən APA-ya bildirilib ki, yaralılar xalq artisti Faiq Ağayev, onun mühafizəçiləri Ramin Bayramov və Azər Musayev əməliyyat olunublar. F. Ağayevə 6 bıçaq vurulub. O, kürək nahiyəsindən 4, budundan 1, qarın nahiyəsindən də 1 xəsarət alıb. Hər üç yaralı əməliyyat olunub. Vəziyyətləri orta-ağırdır.

629