Sabir Rüstəmxanlını ölümlə hədələyən Nardaran sakini narkoman çıxdı
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, Ə. Hüseynovun qan və sidiyinin nümunələrində aparılan analizin nəticələrinə görə, onun narkotik vasitədən istifadə etməsi təsdiq olunub.
Sabunçu rayon Məhkəməsindən isə APA-ya bildirilib ki, bu gün hakim Rəna Hüseynovanın sədrliyi ilə keçirilən prosesdə saxlanılan Ə. Hüseynov barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, sentyabrın 22-də saxlanılan Hacı Əli Hüseynov barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir.
Xatırladaq ki, Hacı Əli Hüseynov 2009-cu il yanvarın 9-da Nardaran qəsəbəsində keçirilən mitinq zamanı Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlının öldürülməsi ilə bağlı fətva verdiyinə görə, 1 il müddətinə azadlıqdan məhrum edilmişdi.

640