Qəzada yaralanan daha iki hərbçi dünyasını dəyişib
24 sentyabr 2010 11:08 (UTC +04:00)

Qəzada yaralanan daha iki hərbçi dünyasını dəyişib

Azərbaycanda hərbi maşının qəzaya uğraması nəticəsində yaralanan iki hərbçimiz dünyasını dəyişib. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev bildirilib.


Onun sözlərinə görə, qəza nəticəsində ağır yaralanan Azərbaycan Ordusunun hərbçiləri, Bərdə rayon sakini, 1975-ci il təvəllüdlü Məzahir Soltan oğlu Qasımov və Masallı rayon sakini, 1978-ci il təvəllüdlü Səbuhi Balağa oğlu Şirinov həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişiblər.


Digər hərbçi Bakı şəhəri, Yasamal rayon sakini, 1975-ci il təvəllüdlü Elşad Yaşar oğlu Məmmədov isə qəza zamanı hadisə yerində keçinib.


Qeyd edək ki, hadisə sentyabrın 23-ü saat 14.30 radələrində Sumqayıt-Xızı yolunda qeydə alınıb. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə məxsus yük maşını körpüdən aşıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 565

Oxşar yazılar