13 yaşlı oğlan yol qəzasında öldü
Neftçala-Salyan yolunun 26-cı kilometrliyində ölümlə nəticələnən avtoqəza baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata əsasən, Salyan sakini Tahiyəddin Manafov idarə etdiyi “VAZ 2106” markalı maşınla piyada 13 yaşlı Elməddin Ələkbərovu vurub.
Qəza nəticəsində yeniyetmə hadisə yerində keçinib.
Qəza nəticəsində yeniyetmə hadisə yerində keçinib.
577