Bakıda narkotik satan 2 qardaş tutulub
Bakının Yasamal rayonunda narkotik vasitələrin alveri ilə məşğul olan iki qardaş həbs olunub.
Bakı Şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları rayon ərazisində əməliyyat tədbirləri keçiriblər.
Həmin tədbirlər nəticəsində bir ailənin 2 üzvü həbs olunaraq cinayət məsuliyyətinə cəlb olunub.
Belə ki, 1971-ci il təvəllüdlü Natiq Hüseyn oğlu Zeynalovun mənzilindən 509,051 qram heroin, 1 kiloqram 625,1 qram narkotik vasitə olan tiryək, 4 ədəd ampulada narkotik vasitə, 2 ədəd tərəzi və qardaşı 1968-ci il təvəllüdlü Namiqdən isə 0,279 qram heroin aşkar edilərək götürülüb.
Hər iki qardaşın barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
Şəhriyar Əlizadə

Oxşar yazılar

Bakıda uşaq göldə batdı - YENİLƏNİB
27 avqust 2025 , 10:38
Xocavənd və Ağdərədəki yanğınlar söndürüldü - YENİLƏNİB
27 avqust 2025 , 10:13
Ağcabədidə yanacaqdoldurma məntəqəsi belə yandı - VİDEO
27 avqust 2025 , 10:00
Bakıda maşın motosikletlə toqquşdu: ölən var
27 avqust 2025 , 09:25
Azərbaycanda kriptovalyuta üzərinə həbs qoyuldu
27 avqust 2025 , 09:12
Gəncədə minik maşını motosikletlə toqquşdu, xəsarət alanlar var - YENİLƏNİB
27 avqust 2025 , 08:04
Xəzərdə güclü zəlzələ oldu
27 avqust 2025 , 00:54