Xaçmazda məscid binası uçdu
Hadisəyə səbəb son günlər yağan intensiv yağışlar olub
Xaçmaz rayonunun Pərdiqıran kəndində köhnə məscid binası uçub. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, hadisəyə səbəb son günlər yağan intensiv yağışlar olub. Belə ki, əvvəl binanın bir hissəsi uçub, fevralın 14-nə keçən gecə isə tikili tamamilə çöküb. Kənd sakinləri bildiriblər ki, məscid 19-cu əsrin ortalarında tikilib. Sovet dövründə tikili məktəb kimi istifadə olunub. Bina qəza vəziyyətində olduğundan son iki ildir istifadəsiz qalıb. Buna baxmayaraq sakinlər məsciddə dini abidə kimi daim təmizləmə işləri aparıblar.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Hadisə barədə Xaçmaz rayon Fövqaladə Hallar Komissiyasına məlumat verilib. Rayon Fövqaladə Hallar Komissiyasının sədri Asif Mərdanov məscidin yenidən tikilməli olduğunu və bunun kənd bələdiyyəsi tərəfindən həyata keçiriləcəyini bildirib.

Oxşar yazılar

Şəkidə 11 yaşlı uşaq müəmmalı şəraitdə öldü
25 avqust 2025 , 10:19
Bakıda daha bir İran aşiqi həbs edildi
25 avqust 2025 , 09:50
“Sədərək” ticarət mərkəzindəki yanğın məhdudlaşdırıldı - VİDEO - YENİLƏNİB
25 avqust 2025 , 09:35
Qəbələdə fındıq bağında narkoplantasiya aşkarlandı
25 avqust 2025 , 09:21
Ağstafada 37 yaşlı kişini maşın vurdu
25 avqust 2025 , 08:00
İnsanda ət milçəyi sürfələri ilə ilk yoluxma halı aşkar edildi
25 avqust 2025 , 03:51
İdmançı Bosfor boğazını keçərkən yoxa çıxdı
25 avqust 2025 , 01:33