Çimərlik yolunda baş verən qəzanın təfərrüatları məlum oldu
Avqustun 19-da saat 22.00 radələrində Yevlax-Bərdə yolunda baş verən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatları məlum olub.
Yevlax Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, “VAZ 2107” markalı, 21-BD-406 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq, aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü, 1984-cü il təvəllüdlü Qocayev Tural Yolçu oğlu, sərnişinlər - 1992-ci il təvəllüdlü Həsənov Samir Tofiq oğlu, 1992-ci il təvəllüdlü Abdullayev Fərid Akif oğlu və 1994-cü il təvəllüdlü Həsənov İbrahim Ələsgər oğlu həyatlarını itiriblər.
Avtomobilin qəzaya uğramasına səbəb yüksək sürət olub.
Qeyd edək ki, qəzada həlak olanlar qonşudurlar. Bərdə rayonu, Ş. İsmayılov küçəsinin sakinləri olan gənclər Mingəçevir şəhərindəki çimərlikdən qayıdırmışlar.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, hadisə ilə bağlı ilk məlumatı Lent.az yayıb. Məlumat agentliyə gec daxil olduğundan ətraflı araşdırmaq imkanı olmayıb.
Fərid Əkbərov

Oxşar yazılar

Gədəbəydə yol qəzası: 4 nəfər yaralandı-YENİLƏNİB
8 iyul 2025 , 22:45
Bakıda kişi sirkədən zəhərlənib öldü
8 iyul 2025 , 19:33
Sabirabadda ana doğuş zamanı öldü
8 iyul 2025 , 19:00
Ruben Vardanyanın məhkəməsində zərərçəkənlər və hüquqi varislər ifadə verib
8 iyul 2025 , 18:31
Abşeronda kişi evinin yanındakı quyuya düşdü
8 iyul 2025 , 18:18
Azərbaycanda icra hakimiyyəti binasında FACİƏ: gənc usta öldü
8 iyul 2025 , 15:39
Bakıda motokuryerlərin törətdikləri qəzaların ŞOK GÖRÜNTÜLƏRİ
8 iyul 2025 , 15:13