Bakıda ər-arvad Səttar Bəhlulzadənin rəsmi üstündə məhkəməyə düşdü
14 iyul 2010 14:30 (UTC +04:00)

Bakıda ər-arvad Səttar Bəhlulzadənin rəsmi üstündə məhkəməyə düşdü

Bakıda ər-arvad arasında keçirilmiş məhkəmə çəkişməsində Azərbaycanın xalq rəssamı Səttar Bəhlulzadənin çəkdiyi rəsm əsəri mübahisə predmetinə çevrilib. Lent.az-ın məlumatına görə, Əhmədovlar ailəsində ər Ş. və həyat yoldaşı N. boşanmaq üçün Nəsimi rayon Məhkəməsinə müraciət edib.

Məhkəmə onları boşasa da, N.-nın ər evinə köçərkən apardığı cehizlərin qaytarılması barədə vəsatətləri onu qane edən formada təmin etməyib.

Belə ki, N. gəlin köçərkən Ş.-nın evinə cehiz kimi apardığı Səttar Bəhlulzadənin çəkdiyi bir ədəd rəsm əsəri, 30 min dollar dəyərində mebel qonaq dəsti, 6 min manatlıq bir ədəd italyan istehsalı olan qara şuba, bir ədəd 450 manat dəyərində qara zamuş uzunboğaz çəkməni və s. geri ala bilməyib. Bu səbəbdən də qadın Bakı Apelyasiya Məhkəməsinə müraciət edib.

Bakı Apelyasiya Məhkəməsinin çıxardığı qərara əsasən, Səttar Bəhlulzadənin çəkdiyi bir ədəd rəsm əsəri, 30 min dollar dəyərində mebel qonaq dəsti, 6 min manatlıq bir ədəd italyan istehsalı olan qara şuba, bir ədəd 450 manat dəyərində qara zamuş uzunboğaz çəkmə cavabdeh Ş.Əhmədovdan alınaraq, iddiaçı N.Əhmədovaya qaytarılıb. Qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılıb.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 392

Oxşar yazılar