“AzAL”a külli miqdarda ziyan vuran xaricilərin məhkəməsi başladı
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (“AzAL”) internet səhifəsinə müdaxilə edərək şirkətə külli miqdarda ziyan vurmaqda ittiham olunan xarici ölkə vətəndaşlarından ibarət mütəşəkkil dəstənin cinayət işi üzrə məhkəmə baxışı başlayıb. Lent.az-ın məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər - Nigeriya vətəndaşları Bello Ashmu Yaqubun, Boloqun Somson Olavafemi, Fadayebi Oluqbenqi Mosses və Oleq Sikaçervskiy özlərini onlara qarşı irəli sürülən ittiham üzrə təqsirli bilməyiblər.
İttihama görə, adı çəkilən şəxslər bir müddət öncə Ağır Cinayətlərə Dair işlər üzrə Məhkəmənin hökmü ilə müxtəlif cəzalar alan dəstə üzvləri - Azərbaycan vətəndaşları Şəmsəddin Abdurrəhmanov, Vaqif Mirzəzadə, Tahir Əmirquliyev, Elyar Qocazadə, Nazim Həsənov, Əhliman Məmmədov, Murad Mahmudov, Ata Abdullayev, Səidə Məmmədova, Nigeriya vətəndaşı Mutiu Olovu ilə əlbir olaraq “AzAL”QSC-nin rəsmi “www.azal.az” internet səhifəsinə, yəni qanunla qorunan kompüter informasiyasına qeyri-qanuni daxil olublar. Bu yolla ABŞ və digər xarici ölkə vətəndaşlarına məxsus kredit kartlarından qanunsuz istifadə ediblər.
Müəyyən edilib ki, dəstə üzvləri xarici vətəndaşların kredit kartlarındakı hesablarından gizli olaraq internetlə pul ödənişləri aparıb müxtəlif marşrutlar üzrə dəyərini ödəməklə elektron aviabiletlər əldə edib və bu biletləri real dəyərindən ucuz qiymətə, nağd pula digər şəxslərə satıblar. Nəticədə şirkətə 100 min manata yaxın zərər dəyib.
Təqsirləndirilən şəxslər Azərbaycan Respublikası CM-nin 271.2.1 və 271.2.3 (mütəşəkkil dəstə tərəfindən kompüter informasiyasına qanunsuz daxilolma ilə külli miqdarda ziyan vurma), 177.3.1 və 177.3.2-ci (mütəşəkkil dəstə tərəfindən özgənin külli miqdar əmlakını gizli talama) maddələri ilə ittiham olunurlar.
Xatırladaq ki, dəstənin cəza alan üzvlərindən Vaqif Mirzəzadə, Mutiu Olovu , Elyar Qocazadə və Əhliman Məmmədov barələrində olan hökmdən apelyasiya şikayəti veriblər. Şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılır.
Fərid Əkbərov

429