Bakıda biznesmenə silahlı basqın edilib
Azərbaycan paytaxtında iş adamına silahlı basqın olub. Bu barədə APA-ya Suraxanı rayon Polis İdarəsindən məlumat verilib.
Hadisə iyulun 12-dən 13-nə keçən gecə Yeni Günəşli qəsəbəsində qeydə alınıb. Bizneslə məşğul olduğu bildirilən Bakı şəhər sakini Emin Məmmədov özünə məxsus mağazadan çıxaraq avtomobilə əyləşərkən naməlum şəxslərin silahlı hücumuna məruz qalıb. Basqınçılar iş adamına tapança ilə hədə-qorxu gələrək ondan külli miqdarda pul tələb ediblər. E. Məmmədovun üzərində pul olmadığından onlar iş adamının idarə etdiyi “Hyundai” markalı avtomobili əlindən alaraq hadisə yerindən qaçıblar.
Bu barədə polisə məlumat daxil olan kimi dərhal əməliyyat qrupu yaradılıb. Hazırda hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı Suraxanı rayon Polis İdarəsi tərəfindən quldurluq maddəsi ilə cinayət işi qaldırılıb.

Oxşar yazılar

Şərurun kəndlərinə sel gəldi-VİDEO
6 iyul 2025 , 17:53
Bulvarda batan qadın belə xilas edildi-VİDEO
6 iyul 2025 , 15:16
Şəmkirdə Türkiyə vətəndaşı qəzaya düşdü- Ölən var - YENİLƏNİB
6 iyul 2025 , 14:02
Qazaxda avtomobil aşdı - Şəhid atası öldü
6 iyul 2025 , 13:36
Laçında yük maşını dərəyə aşdı
6 iyul 2025 , 10:13
Daşkəsəndə 21 yaşlı gənc söyüş üstündə qətlə yetirildi - YENİLƏNİB 3
6 iyul 2025 , 08:54
Kürdəmir sakinini qatar vurub öldürdü
5 iyul 2025 , 23:54