Baş Prokurorluq Xızıdakı qətl hadisəsi ilə bağlı rəsmi məlumat yayıb
Respublika Baş Prokurorluğu Xızıdakı qətl hadisəsi ilə bağlı rəsmi məlumat yayıb. Bu barədə Lent.az-a prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, iyulun 10-da saat 23.40 radələrində rayonun Giləzi qəsəbə sakinləri 1986-cı il təvəllüdlü Hüseynov Feyzulla Nəsir oğlu və 1964-cü il təvəllüdlü Məmmədəliyev Saleh Məmmədəli oğlu sonuncunun yaşadığı evdə yeyib-içdikdən sonra aralarında yaranmış mübahisə zəminində dalaşıblar. Bu zaman Feyzulla Hüseynov mişar daşı ilə Saleh Məmmədovun baş nahiyəsindən vurmaqla onu qəsdən öldürərək hadisə yerindən qaçıb.
Rayon prokurorluğunun və rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yeri və meyitə məhkəmə-tibbi ekspertin iştirakı ilə foto çəkilişlər aparılmaqla baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb.
Faktla bağlı rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.
Rayon prokurorluğu və rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən F.Hüseynov hadisədən bir neçə saat sonra tutularaq istintaqa təhvil verilib. F.Hüseynova Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunub və o, təqsirləndirilən şəxs qismində dindirilərkən elan olunmuş ittihamla özünü təqsirli bilərək törətdiyi cinayət əməlini tam etiraf edib. İş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilib və hazırda istintaq rayon prokurorluğunda davam etdirilir.

475