Elçin Behbudovun 30 min manatını oğurlayan dəstəyə hökm oxundu
12 iyul 2010 12:00 (UTC +04:00)

Elçin Behbudovun 30 min manatını oğurlayan dəstəyə hökm oxundu

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə ondan artıq şəxsin, o cümlədən hüquq müdafiəçisi Elçin Behbudovun külli miqdarda pulunu oğurlamaqda təqsirləndirilən mütəşəkkil dəstənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, Ruslan Məmmədov və Səxavət Mehdiyev 12 il, Elgiz Hüseynov və Zaur Əliyev 10 il, Fətəli Həsənov isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər.


İttihama görə, təqsirləndirilənlər Səxavət Mehdiyev, Ruslan Məmmədov, Elgiz Hüseynov, Zaur Əliyev və Fətəli Həsənov 2008-ci il yanvarın 29-da Heydər Əliyev prospekti - 98-də yerləşən MKTİK MMC şirkətində xəzinədar işləyən Rəşad Cəfərova məxsus “Mercedes-180” markalı avtomobildən 74 min manat oğurlayıblar. Dəstə həmçinin 2008-ci il mayın 27-də İnşaatçılar prospekti - 38-in qarşısında Çingiz Məmmədliyə məxsus “Hyundai Tucson” markalı avtomaşından 39 min manat, iyununda 7-ci mikrorayon Xarici dairəsi küçəsi - 116 ünvanında yerləşən meyvə şirələri satışı ilə məşğul olan firmanın xəzinədarı Mehman Sarıyevə məxsus “VAZ-2107” markalı maşından firmaya məxsus 69.000 dollar, həmin ilin aprelində İ.Səfərli küçəsi - 60 saylı evin qarşısında Səhman Quliyevə məxsus “Mercedes” markalı avtomobildən 58.100 dollar, həmin ilin iyulun 22-də S.S.Axundov küçəsi - 11/35 ünvanında yerləşən “Palma” kafesinin qarşısında Nəriman Həşimova məxsus “VAZ-2106” markalı maşından 47.450 dollar və 3 min manat, iyulun 14-də Ə. Hüseynzadə küçəsi 54 ünvanının qarşısında İşgəncələr Əleyhinə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudova məxsus olan “Tofaş” markalı avtomobildən 30 min manat və s. oğurlayıblar.

Adıçəkilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci (soyğunçuluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 180.2.2-ci (təkrar törədildikdə) və 180.2.5-ci (zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunublar.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 412

Oxşar yazılar

Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05