Elçin Behbudov məhkum əsgərlərlə görüşüb
İşgəncələr Əleyhinə Azərbaycan Komitəsi intizam xarakterli hərbi hissədə monitorinq keçirib
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Müdafiə Nazirliyi Hərbi Polis İdarəsinin tabeliyində olan intizam xarakterli hərbi hissədə monitorinq keçirib. Bu barədə Lent.az-a E. Behbudov özü məlumat verib.
Onun sözlərinə görə, Salyan rayonunun Xıdırlı qəsəbəsində yerləşən hərbi hissədə 100 nəfər əsgər məhkumluq həyatı yaşayır: “Hərbi hissədə cəza çəkən əsgərlər əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci (Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, zərərçəkmiş şəxsin şərəf və ləyaqətini alçaltmaqla və ya ona qarşı zor tətbiq etməklə əlaqədar olduqda) maddəsi ilə təqsirli bilinənlərdir. Burada əsasən, Daxili Qoşunların, Sərhəd Qoşunlarının və Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrin əsgərləri cəza çəkirlər. Hərbi hissədə xəstə məhkumlar yoxdur. Əsgər məhkumlara dərslər keçirilir. Gündə 3 dəfə yemək verilir. Hərbi hissədə xidmət edən əsgərlərlə məhkum əsgərlərin yeməkləri arasında fərq qoyulmur. Məhkum əsgərlərə ayda iki dəfə qısa müddətli olaraq yaxınları ilə görüş verilir. Bir dəfə də telefon danışığına icazə verilir”.
Həftədə bir dəfə məhkum əsgərlərə hamam verildiyini söyləyən E. Behbudov hərbi hissədə karser və haupvaxtların olmadığını bildirib. O, əsgərlərin hərbi hissənin zabit, gizir və çavuşları tərəfindən incidilmədiyini, onlara münasibətin pis olmadığını söyləyib: “Məhkum əsgərlər məndən xahiş etdilər ki, amnistiyaya düşmələri üçün onlara kömək edim”.
Fərid Əkbərov

580